• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib – FOTO

22.05.2023 - 15:46
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yeni sədri Bayram Aslanov şəhər ictimaiyyətinə təqdim olunub.

Respublikainfo.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Təqdimat mərasimində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, şəhərin idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, 30 illik tarixi dövründə öz fəaliyyəti ilə yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola nəzər salıb. Niyazi Bayramov bildirib ki, Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi Yeni Azərbaycan Partiyası qüdrətli dövlət naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəflə yerinə yetirərək, 800 minə yaxın üzvü olan böyük gücə çevrilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev çıxış edərək, Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verən Yeni Azərbaycan Partiyasının ölkəmizin davamlı və nəhəng uğurlara imza atmasında olan rolundan danışıb. Əhliman Tağıyev qeyd edib ki, bu gün müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi partiyanın yeni Proqramı müasir dövrün çağırışlarını nəzərə almaqla özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovu şəhər ictimaiyyətinə təqdim edib, onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, ona göstərilən böyük etimada görə Partiyanın sədri, Prezident cənab İlham Əliyevə, YAP sədrinin I müavini Mehriban xanım Əliyevaya, YAP Mərkəzi Aparatının rəhbərinə təşəkkürünü bildirib, çətin və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyinə söz verib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Müşfiq Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov çıxış edərək, bildiriblər ki, 30 il ərzində zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Natiqlər Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dövlətin və partiyanın inkişafı istiqamətində möhtəşəm uğurlara imza atmasından danışıblar.

Onlar YAP Gəncə şəhər təşkilatının yeni sədrini təbrik edib, məsuliyyətli və şərəfli işdə ona uğurlar arzulayıblar.

YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib - FOTO YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib - FOTO YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib - FOTO YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib - FOTO YAP Gəncə təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib - FOTO
Respublikainfo.com
Baş redaktor : Bünyamin Bünyadzadə

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.