• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
30 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Xaçmaz sakinlərindən Prezidentin köməkçisinə və İcra Hakimiyyəti başçısına AÇIQ MÜRACİƏT…

07.05.2024 - 13:30
A A
0
SHARES
137
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən  mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə Xaçmaz rayonunun Fərzəlioba və İdrisoba kənd sakinləri tərəfindəndir.

Bildirmək istərdik ki, sözügedən kəndlərin sakinləri Respublikainfo.com Media Qrupuna rəsmi olaraq vətəndaş şikayəti ilə müraciət ediblər.

Eyni zamanda da Fərzəlioba və İdrisoba kəndlərinin bir qrup sakini Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyevə və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə media vasitəsilə açıq müraciət ünvanlayıb.

Həmin müraciəti sizə təqdim edirik:

Azərbaycan respublikası Xaçmaz rayon Fərzəlioba İdrisoba kənd sakinləri adından Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyevə və Xaçmaz Rayon İcra Hakimiyyətiniin başçısı Elnur Rzayevə

            AÇIQ MÜRACİƏT 

Hörmətli Zeynal müəllim və hörmətli Elnur müəllim! Yazıb sizdən xahiş edirik ki, müraciətimizi xüsusi nəzarətinizə götürəsiniz!

Bildirmək istəyirik ki, Xaçmaz rayon Fərzəlioba və İdrisoba kəndlərində infrastruktur və kommunikasiya xətləri demək olar ki, yox səviyyəsindədir. Xudat şəhəri ilə birləşən 3 km yol bərbad vəziyyətdədir.

Yaşadığımız ərazidə nə uşaq bağçası nə də qaz xətti yoxdur. Əhali evini qızdırmaq üçün odundan istifadə etməli olur. Odunu da çətinliklə əldə edirik. Kəndimizdə ümumiyyətlə marşurut xətti də yoxdur. Uşaqlarımız məktəbin 10 və 11 -ci siniflərində təhsil almaq üçün Xudat şəhərinə getməkdə çətinlik çəkirlər. 

Buradakı işıq dirəkləri 1961 -ci ildə istifadəyə verilib. İşıq dirəkləri də qəzalı vəziyyətdədir. Ümumiyyətlə tez -tez işıqsız qalırıq. Bütün bu çatışmazlıqlar və problemlərlə bağlı icra hakimiyyətinin məsul şəxslərinə dəfələrlə müraciət etmişik. Səyyar görüşlərdə bu haqda məlumat vermişik. Hər dəfə də bizə problemlərin həlli ilə bağlı vədlər verilsə də lakin verilən vədlərə əməl olunmayıb. Bütün müraciətlərimiz nəticəsiz qalıb.

Sizdən xahiş edirik ki, sadalanan problemlərimizin tezliklə həllini tapmasında bizə köməklik göstərəsiniz! Ümidvarıq ki, bu müraciətimizi nəzarətinizə götürəcəksiniz! Nəticədə isə biz kənd sakinlərinin də bu problemləri birdəfəlik öz həllini tapacaq.

Hörmətlə: Fərzəlioba və İdrisoba kənd sakinləri…

Müraciəti yazan kənd sakini: Bayramova Ülkər Xantəmir qızı

Əlaqə nömrəsi: 055 702 75 20

Yeri gəlmişkən həmin kəndlərin sakinləri 2 il əvvəl də media vasitəsilə kəndin problemləri ilə bağlı aidiyyatı dövlət qurumlarından kömək istəmişdi. Həmin videonu da təqdim edirik:

 

Mövzunu diqqətdə saxlayacağıq…

Media haqqında qanuna uyğun olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

 

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

 

 

 

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.