• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Tarixi Qələbə və Böyük Qayıdışın İlk Addımı

18.10.2024 - 15:05
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

20 Oktyabr 2020-ci il.
Vətən müharibəsinin iyirmi dördüncü günü.
Artıq Suqovuşan, Cəbrayıl, Hadrut və Füzuli işğaldan azad olunub. Azərbaycan xalqı yeni qələbə xəbərləri gözləyir. Növbəti qələbə xəbəri isə Birinci Qarabağ müharibəsində sonuncu işğal olunmuş rayonumuz olan Zəngilandan gəlir.

Zəngilanın işğaldan azad olunması, yalnız bir torpaq parçasının geri alınması deyil, həm də tarixi ədalətin bərpa olunması idi. Belə ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı dörd Qətnaməsi (822; 853; 874; 884) mövcud idi. Bu Qətnamələrdə hərbi əməliyyatların dərhal dayandırılması və işğal edilmiş rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. O cümlədən, 884 №li Qətnamədə Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilir, hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Ancaq, təəssüf ki, 1993-cü ilin 12 noyabr tarixində qəbul edilən bu Qətnamə və tələblər nə az nə çox düz 27 il kağız üstündə qaldı. Bəzi hallarda sadəcə günlər və saatlar içində icra olunan BMT TŞ Qətnamələrindən fərqli olaraq, bu Qətnamələrin reallaşdırılması üçün heç bir beynəlxalq qurum, təşkilat və ya böyük dövlətlərdən təzyiqlər gəlmədi.

Azərbaycanı Vətən müharibəsinin gedişatı zamanı öz torpaqlarında haqq-ədalət naminə apardığı mübarizəyə görə tənqid edənlər Ermənistanı 27 illik işğal dövründə nəinki işğalda günahlandırmadı, ona qarşı heç bir sanksiya tətbiq etmədi, hətta ona dəstək verənlər də çıxdı. Bunu görən Ermənistan isə təbii olaraq, günü-gündən daha da azğınlaşdı. Məhz bunun nəticəsi idi ki, Ermənistanın baş naziri sülh danışıqlarının getdiyi bir vaxtda “Qarabağ Ermənistandır və nöqtə” deyirdi ya da dövrün Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycanı yeni torpaqlar üçün yeni müharibə ilə hədələyə bilirdi. Bütün bunlar və Ermənistanın sərhədyanı ərazilərdə törətdiyi təxribatlar sonda Azərbaycan tərəfinin səbr kasasını daşırdı və müharibə qaçılmaz oldu. 27 Sentyabr tarixində başlayan müharibə 5 rayonumuzun hərbi, 3 rayonumuzun isə siyasi yolla azad edilməsi ilə sona çatdı. Bununla da, bəlkə də dünya tarixində bənzəri olmayan bir hadisə, BMT TŞ-nin qətnamələrinin bir ölkənin özü tərəfindən icra olunması kimi unikal bir hadisə həyata keçdi.

Beləliklə, Zəngilanın azad olunması, xalqımızın iradəsinin, birlik və bərabərlik ruhunun təcəssümüdür. Bu qələbə, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və gələcək nəsillər üçün ilham qaynağına çevrildi. İndi vətəndaşlarımız bir araya gələrək, Zəngilanı daha da inkişaf etdirmək, mədəniyyətini canlandırmaq və iqtisadiyyatını gücləndirmək üçün əməkdaşlıq edir.

Xatırladaq ki, Zəngilan həm də müharibədən sonra Böyük Qayıdışın ilk addımı oldu. Burada, birinci “ağıllı kənd” pilot layihəsi çərçivəsində 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri inşa edilərək zəngilanlıların istifadəsinə verildi. Bu layihə, müasir texnologiyaların və innovativ yanaşmaların kənd təsərrüfatı, infrastruktur və sosial xidmətlər sahəsində tətbiqini özündə birləşdirirdi. Böyük Qayıdışın əsasını təşkil edən bu layihələr, Zəngilanı yalnız coğrafi baxımdan deyil, eyni zamanda ruhən də yenidən canlandırdı.

Zəngilanın bərpası, yalnız fiziki bir geri dönüş deyil; bu, eyni zamanda bir xalqın öz köklərinə, mədəniyyətinə və gələcəyinə olan bağlılığını ifadə edir. İnsanlar burada öz torpaqlarında yenidən həyata başlamaqla, öz köklərinə, ailə dəyərlərinə və müştərək irsə bağlılığını nümayiş etdirirlər. Bu, azərbaycanlıların tarixi torpaqlarına olan sevgisini, azadlığına olan həsrətini və gələcəyə olan inamını gücləndirir.

Ülkər Mirzəmətova
YAP Pirallahı rayon təşkilatının fəalı

 

Baş redaktor Bünyamin Bünyadzadə

Respublikainfo.com

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.