• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Putinin mətbuat konfransına sözardı

20.12.2024 - 21:49
A A
0
SHARES
6
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu siyasət və fikir adamı ANAR ƏSƏDLİNİN YAZISINI TƏQDİM EDİR:

Dünən Rusiya Prezidenti Vladimir Putin geniş mətbuat konfransı keçirdi.

Sualların tərkibi, qoyuluş forması, jurnalistlərin danışığı bir daha göstərdi ki, Rusiya əyalət ölkəsidir. Problemlərə münasibətdə düşüncə tərzi, yanaşma forması eynən geridəqalmışlığı, “xeyirxah çar” axtarışını göstərirdi. Putin hər zamankı kimi imperial ambisiyalarını yenə qabartdı, amma bu dəfə minimum yaşayış səviyyəsini güclə saxladığı Rusiyadan.
Putinin mətbuata müsahibəsində üzərində durulacaq bir sıra ciddi məqamlar var, amma ən əsas məsələ PKK terror təşkilatıyla bağlı nüans idi. Putin: “Avropalı liderlər mənə 1-ci Dünya Savaşından sonra Kürd dövlətinin qurulmalı olduğunu, lakin kürdlərin aldadıldığını söylədilər. Türkiyə, Suriyə, İraq və İranda 30 milyon kürd yaşayır. Düşünürəm ki, kürdlər döyüşkən millətdir,” – söylədi və PKK haqqında “terror təşkilatı” ifadəsini işlətmədi.

Putin bu fikirlə həm Türkiyəyə şantaj xarakterli mesaj verir, həm də yerləbir olmuş reputasiyasının Qərbdən intiqamını almaq istəyir. Qərbə güvənən hər kəsə “baxın, 100 ildir kürdləri aldadır Qərb,” deyir. “100 ildir kürdlərin üzərindən Türkiyə ilə bazarlıq edir,” deyir. Müttəfiqini satan sadəcə Rusiya deyil. “Güvənilməyəcək təkcə Rusiya deyil,” demək istəyir. Amma bütün diktatorlar kimi bu da anlamır ki, ziddiyyətli geosiyasi mövqeyi öz əleyhinə işləyir. Türkiyə addım-addım bölgə üçün strateji planını həyata keçirdiyi üçündür ki, Putin “kürdləri döyüşkən xalq” kimi görür. Bu aydındır. Amma Türkiyə siyasətçiləri də bir həqiqəti artıq görməlidirlər ki, Türkiyənin Rusiyaya münasibətindən asılı olmayaraq, Rusiya heç vaxt Türkiyəyə dost və müttəfiq olmayacaq.

Digər bir tərəfdən, əgər Putin kürd xalqını düşünürsə, Türkiyə də Şimali Qafqaz və Volqaboyunda yaşayan türk xalqlarının həyatına müdaxilə edib, öz nüfuz dairəsində saxlamağa çalışmalıdır.

İndiki Rusiya ərazisindəki türk xalqlarının başına gətirilənləri və gələcəkdə Türk Dünyası dövlətlərinin güclənməsində bu xalqların oynayacaqları rolları öyrənmək və dəstək vermək Türkiyənin başlıca prioritetlərindən olmalıdır. Milli respublikaları gücləndirmək, Tarixi İdel-Ural dövlətinin bərpası və Tatar-Başqırd Respublikası mövzuları da Türkiyənin gündəmində yer almalıdır.

Özəlliklə son dövrdə regionda, konkret Rusiyada, eləcə də dünyada gedən proseslər bir siyasi gedişatı getdikcə aktuallaşdırmaqdadır. Türk dövlətləri və hələlik müstəqil dövlətləri olmayan, amma kifayət qədər maddi və insani resursa, tarixi-mədəni, dövlətçilik ənənələrinə sahib türk xalqlarının mövcud olduqları regionlarda birləşməsi, ən azından barış və birlik içində yaşaması ciddi tarixi zərurətə çevrilməkdədir.

Heç şübhəsiz, Qərb də, elə Uzaq Şərq də Rusiyanın yumşaq qarnının məhz türk xalqları olduğunu yaxşı bilir və bundan yararlanmaq üçün bir fürsət arayışında olduqları sirr deyil. Hər bir halda, hələlik əsarət altında olan bir sıra türk xalqlarının milli azadlıqlarını əldə etməsilə Türk Dünyasının yenidən şəkillənməsi Türkiyəni super gücə çevirmək üçün ən vacib faktorlardan olacaq.

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.