• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
30 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Müxalifət liderləri Prezidentin Xankəndi səfərinə belə reaksiya verdi: “İlham Əliyevçi olmaq artıq milli məsələdir”

24.01.2024 - 14:05
A A
0
SHARES
53
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“Ərazilərimizin işğaldan azad olunması, Azərbaycanın bütün torpaqlarında dövlətimizin suveren hüquqlarının təmin edilməsi çox böyük qələbədir. Bu qələbə Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər açır”.

Respublikainfo.com TNS-ə istinadən xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.

1573559006_400056381

O deyib ki, bunun ardınca ölkəmizdə ciddi demokratik, siyasi və iqtisadi islahatlar həyata keçirilməlidir. Eyni zamanda ölkədə vətəndaş həmrəyliyi mühiti yaradılmalı və bütün diqqət Azərbaycanın bundan sonrakı inkişafına yönəldilməlidir: “Qarabağ  probleminin həll olunması Azərbaycanın inkişafına və yüksəlişinə geniş  imkanlar açıb. Bu imkanlardan da istifadə olunmalıdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də TNS-ə təəssüratını bölüşüb: “Bir Azərbaycan türkü, Azərbaycan vətəndaşı kimi müqəddəs bayrağımızın müqəddəs torpaqlarımızda yüksəldilməsindən qürur duydum. Allaha şükürlər olsun ki, Qarabağdakı o əski parçası endirildi. Dövlətimizin üçrəngli bayrağı əbədi olaraq Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda da qaldırıldı, əbədi olaraq dalğalanacaq.

ph

Mən ideoloji kimliyimə görə müsavatçıyam. Özünün ideoloji-siyasi kimliyini müsavatçı, elçibəyçi kimi qəbul etməyən, tanımayan və tanıtmayan şəxslərə “onda sən milli deyilsən, milliyyətçi deyilsən, türkçü deyilsən, demokrat deyilsən”, demək doğru deyil. Bu gün İlham Əliyevçi olmaq milli məsələdir, amma İlham Əliyevçi olmamaq antimilli olmaq demək deyil. Bu, başqa məsələdir ki, indi dünya erməniçiliyi və onların havadarlarının, türk, Azərbaycan, Türkiyə, müsəlman düşmənçiliyini təmsil edənlərin Qarabağın və işğal edilmiş digər Azərbaycan torpaqlarının azad edilməsi uğrunda etdiklərinə görə İlham Əliyevə hücumlarına qarşı çıxmaq, onu müdafiə etmək milli məsələdir, milli borcdur. Çünki bu hücumun hədəfi İlham Əliyevdən daha artıq Azərbaycan, Azərbaycan xalqı, millətidir, millət və dövlət olaraq mövcudluğumuzdur.

Qarabağ qələbəsi əlbəttə ki, bütün Azərbaycan xalqının, Azərbaycan Silalı Qüvvələrinin, əlahəzrət Azərbaycan əsgərinin xidmətidir. Bu qələbədə 1-ci Qarabağ müharibəsində o vaxtkı siyasi müxalifətdən fərqli olaraq Azərbaycan siyasi müxalifətinin əksəriyyətinin tutduğu milli – qeyd-şərtsiz ordunun və dövlətin yanında olmaq mövqeyinin də payı vardır. Habelə dövlətin siyasi və hərbi rəhbərliyinin rolu danılmazdır. Və heç şübhəsiz, bu mili savaşda, Vətən müharibəsində Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq İlham Əliyevin şəxsi, özəl rolu, yeri, payı var. Qələbədə müstəqil İlham Əliyev faktoru var, bu qeyd olunmalıdır və tarixdə qalacaq.

Dördüncü respublikanın yaranışı tezisi yaradıcı diskussiyalara səbəbolma potensialı baxımından maraqlı tezisdir. Mənim bu tezislə onun son günlərdə ictimailəşdirilməsindən əvvəl tanış olmaq fürsətim olub, müəllifinə fikirlərimi bildirmişəm.  Azərbaycan dövlətçiliyinin inkişafının indiki mərhələsinin əsas qanunu dünyada gedən proseslərə uyğun olaraq milli dövlət mərhələsindən universal dövlət mərhələsinə keçidlə müəyyən olunur. Bunun üçün Azərbaycan dövlətinin xalqlar və millətlər üçün cəlbedici, cəzbedici dövlətə cevrilməsi, yəni, yalnız iqtisadi və hərbi cəhətdən ən güclü olma deyil, hər bir xalq, fərd, vətəndaş üçün bərabər təhlükəsizlik, hüquq və azadlıqların, dönmədən artan rifahın təmin olunduğu dövlət olması şərtdir”.

_109205312_isaqmbriihissphoto3

Müsavat Partiyasının sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər isə qələbə münasibətilə xalqı təbrik edib: “Xankəndi şəhəri və digər ərazilərimizdə  Azərbaycan bayrağının ucaldılması böyük qələbədir”.

Baş redaktor: Bünyamin BÜNYADZADƏ RESPUBLİKAİNFO.COM 

 

 

 

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.