• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Gündəm

İstedadlı söz adamı – ANAR AMİNİN ŞEİRLƏRİ…

21.08.2024 - 23:15
A A
0
SHARES
31
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ ƏN İSTEDADLI NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ MƏHZ ANAR AMİNDİR. ANAR AMİN QƏLƏMİNDƏN ÇIXAN ŞEİRLƏRİN BİRİNİ OXUMAQ VƏ DƏRK ETMƏK KİFAYƏTDİR Kİ, ONUN NECƏ BİR İSTEDAD SAHİBİ OLDUĞUNA ƏMİN OLASAN! 

Beləliklə Respublikainfo.com Anar Aminin bir neçə şeirini ədəbiyyatsevərlərə təqdim edir:

SƏS AYAQLI, SƏS ƏLLİDİR

Hər gün döyür qulağımı,
səs ayaqlı, səs əllidir.
Əlim dəymədiklərinə
gözüm dəyir — təsəllidir.
Gözlərimə toxunmayın!

Şimşək çaxır, yağış yağır,
dolu düşür gözlərimdən.
Yolun azan yolçuların
yolu düşür gözlərimdən —
gözlərimə toxunmayın!

Kövrəlsəm də, ağlamıram,
axı yaxın, axı yan var.
Ürəyimdən keçənləri
gözlərimdən oxuyan var –
gözlərimə toxunmayın!

Düşürsünüz nə fərqi var,
piyada, ya atlı düşün.
Ay gözümdən düşən dostlar,
barı ehtiyatlı düşün —
gözlərimə toxunmayın!

Gələnlərin mini gedib,
biri qalıb gözlərimdə.
Nə yaxşı ki, ölənlərim
diri qalıb gözlərimdə —
gözlərimə toxunmayın!..

Şeir dəniz, heyif, qayıq deyiləm

…İlahi, bilirəm, nəsə bir şey var,
Edilən hörmətin, xətirin altda.
Görəsən, o adam nəyi gizlədib
Üstünə səpdiyi ətirin altda?!

Qışdan, yazdan çıxıb yaya giririk,
Yayda da çırmanıb çaya giririk.
Su ki aydınlıqdı, niyə giririk
Hər yağış yağanda çətirin altda?!

Ölüm gəlsə, ayıq-sayıq deyiləm,
Şeir dəniz, heyif, qayıq deyiləm.
Gözəl bir cümləyə layiq deyiləm,
Məni basdırarsız sətirin altda…

Bəlkə də, ilk al-ver göydə olubdu

…Şımala, Cənuba, Şərqə, Qərbə bax,
Məhkum eyləyibdi qütblər bizi.
Azadlıq deyəndə, bir-bir susdurub,
Sonra iki-iki tutublar bizi…

Gözümüz badədə, meydə olubdu,
İçməyə həvəs də, hey də olubdu.
Bəlkə də ilk al-ver göydə olubdu,
Dünyadan dünyaya satıblar bizi…

Yaradan onlara agah eyləyib,
Onlar da buğdaya tamah eyləyib.
Adəm də, Həvva da günah eyləyib,
Ona görə yerə atıblar bizi…

Bu şamdan hər gecə bir şam öldürür

…Bax, bu Yer anamdı, o Göy atamdı,
Bax, məni nə arzu, nə kam öldürür.
Ana vətən mənim ögey anamdı,
Ögey balasını nakam öldürür.

Kim azad olursa, tam azad olmur,
Saray məhkum edib, dam azad olmur.
Azadlıq istəyir, şam azad olmur,
Bu şamdan hər gecə bir şam öldürür…

Min il yaşayardı Adəm, ölməzdi,
Ölmək istəmirdi madam, ölməzdi.
Adam qorxmasaydı adam ölməzdi,
Adam qorxusundan adam öldürür…

Su səsi

…O adam düşünüb dərk edə bilsə
O səsi, Allahın səsidi bəlkə…
Bu adam kar olub eşidə bilsə
Bu səsi, Allahın səsidi bəlkə?!

Çox şükür, nə verib, nədirsə, ona!
Gələnlər üz tutub gedirsə ona…
Dalğalar ibadət edirsə ona,
Qu səsi Allahın səsidi bəlkə?!

Min ildi oyaqdı, yatmır su səsi,
Səsini səslərə qatmır su səsi…
Bütün səslər batır, batmır su səsi,
Su səsi Allahın səsidi bəlkə?!…

Özgəyə yaxınam, özümə yadam

…Suallar quşların qanadlarında,
Cavablar quşların dimdiyindədi.
Günahlar sünbülün dənələrində,
Savablar quşların dimdiyindədi.

Özgəyə yaxınam, özümə yadam,
Haçansa başıma uçacaq bu dam…
Cəsədi qurd-quşa yem olan adam,
Əzablar quşların dimdiyindədi.

Girsin öz içinə azmaq istəyən,
Gördüyü yuxunu yozmaq istəyən…
Min ildi o şair yazmaq istəyən
Kitablar quşların dimdiyindədi…

 

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.