• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Fikrət Əmirovun “Dağlar qızı Reyhan” mahnısını kim dəyişdi?

15.03.2024 - 19:12
A A
0
SHARES
19
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, bəstəkar-müğənni SİVVA və bəstəkar-aranjemançı Camal Qurbanov hər kəsin tanıdığı ” Dağlar qızı Reyhan” mahnısını öz dinləyicilərinə fərqli improvizasiyada təqdim ediblər.

Görkəmli bəstəkarın məşhur mahnısı yeni tərzdə…
Sivva mahnıda muğam oxumağı ilə diqqət çəkib: Atam Məmməd Ağasıyev tarzən idi. Evdə həmişə muğamları dinləmişəm.
Oxu tərzimdə şaman-mantra boğazları da var və düşünürəm maraqlı alınıb. Aranjemanda isə afro-etno elementləri əziz və istedadlı dostum Camal Qurbanov etdi. Ona təşəkkür edirəm.
Yeri gəlmişkən layihənin musiqi prodüseri Camal Qurbanov mahnıya yeni nəfəs verdiklərini düşünür: “Dağlar qızı Reyhan” mahnısını ilk dəfə dahi Rəşid Behbudov oxuyub. Sonradan Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb. Müasir ifaçılardan da çoxları mahnını ifa edib. Xalq arasında çox sevilir. Ona görə də düşündük ki, mahnıya fərqli münasibət göstərək və dinləyicilərə özümüzə məxsus dəstixətlə çatdıraq. Ona xələl gətirməmişik.
Ümumiyyətlə missiyamız dinləyicilərə xalq və bəstəkar mahnılarını müasir, həm də yeni formada çatdırmaqdır. Bu üslubda mahnıların davamı olacaq və albom şəklində təqdim ediləcək. Həmçinin konsert proqramı nəzərdə tutulub. Camal Qurbanov Sivva ilə iş birliyinin maraqlı olduğunu bildirib: Sivva etnik, klassik və modern ifaları ilə seçilən sənətçilərdəndir. Bu, mənə bizim ortaq layihələrimizin yaranmasına stimul verir.
Onu da qeyd edək ki, “Dağlar qızı Reyhan” mahnısına klip də çəkilib. Kənd həyatının əks olunduğu ekran işində öz geyim tərzi ilə Sivva əsl dağlar qızı obrazını yaratmağa nail olub.

Baş redaktor: Bünyamin Çingizoğlu

Respublikainfo.com 

 

 

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.