• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Dünyanı narahat edən Türk Birliyi!

10.07.2024 - 14:17
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Türk ölkələri arasında inteqrasiyanın genişlənməsi istiqamətində son illərdə ciddi addımlar atılır. Qürurvericidir ki, bu prosesin güclənməsində Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri, birgə fəaliyyətləri mühüm rol oynayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu istiqamətdə öz çıxışlarında hər zaman Türk dünyasının birləşməsinin tarixi hadisə olduğunu və Azərbaycanın bu birliyə, bütün sahələrdə əlaqələrin güclənməsinə böyük önəm verdiyini vurğulayır.

Cənab Prezidentin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu gün əminliklə deyə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı ilbəil öz nüfuzunu artırır. Təməlində təbii müttəfiqləri cəmləyən təşkilatın işbirliyi səmimidir. Belə ki, eyni soy-kökə dilə, dinə malik xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir.Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət,nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Dörd il öncə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edəndə bu hadisə Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı. Təsadüfi deyil ki, bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan geniş yenidənqurma işlərində qardaş ölkələr yaxından iştirak edir, öz töhfələrini verməyə çalışır və tələsirlər. Bəli, işğaldan azad edilmiş ərazilərdə Türk dünyası əsl birlik, qardaşlıq nümayiş etdirir.

Dünya xəritəsinə nəzər saldıqda Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimiz zəngin təbii sərvətlərə malikdirlər. Bu günlərdə dünya bir daha bu birliyin, həmrəyliyin şahidi oldu. Tarixi Şuşa şəhərimiz artıq ənənəyə çevrilmiş və hər il keçirilən qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etdi. Qardaş ölkələrin dövlət və hökumət rəhbərləri Şuşada bir daha həmrəylik nümayiş etdirdilər. Qəbul edilmiş Qarabağ Bəyannaməsi və imzalanmış digər mühim əhəmiyyətli sənədlər, qəbl edilmiş qərarlar Türk dünyasının birliyinə əlavə güc və töhfə verəcəkdir.

Ülkər Əhmədova;
Neftçala rayonu, müəllim

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.