• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
11 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Bədənimiz yaralandıqda ağrılarımız olur, psixologiyamız da belədir…

01.06.2024 - 15:32
A A
0
SHARES
197
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupun ” Sağlam həyat ” – rubrikasının növbəti qonağı psixoloq, Əsmər Tağıyevadır. Əsmər Tağıyevaya suallarımız:

Bəzən insanlar psixologiya ilə psixoterapiyanı səhv salır. Bu iki elm arasında başlıca fərqlər nədən ibarətdir?

Psixologiya nəzəri , psixoterapiya isə praktiki anlayışdır. Psixopatoloji hallar zamanı psixoterapevtin şəxsin psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün göstərdiyi xidmət psixoterapiya adlanır.

Ümumiyyətlə psixoloqa hansı hallarda müraciət edilməlidir?

Əslində psixoloji vəziyyətimizi bir orqan kimi görməliyik. Bədənimiz yaralandıqda şiddətli ağrılar başlayır, dərimiz zədələndikdə qanayır. Psixologiyamız da belədir. Psixologiyamız xəstələndikdə bizi narahat edən düşüncələr ortaya çıxır. Və bu düşüncələr həyat və fəaliyyətimizə təsir göstərir. Məsələn “mən bacarıqsızam” ,“mən çirkinəm” , “hər kəs məndən üstündür” , “yaxınlarımı itirə bilərəm”, “tək qalacam” bu kimi düşüncələr və kompulsiv hərəkətlər şəxsi narahat etdiyi zaman psixoterapevtə müraciət etməlidir.

Adətən sizə müraciət edən şəxslər daha çox hansı problemlərə görə psixoloji yardım almaq istəyirlər?

Müraciət edən hər bir şəxs özlərindəki problemə müxtəlif adlar, diaqnozlar qoymağa çalışsa da bir çoxunda şəxsi narahat edən psixoloji vəziyyətin qaynağı eynidir. “Qüsurluluq” və “Tərk edilmə”…  Bu isə ənənəvi tərbiyə edilmə şəklindən irəli gəlir. Təəssüflər olsun ki, böyüklərin seçdiyi və dəstəklədiyi tərbiyə üsulu övladlarında müsbət emosional iz buraxmır. Buna görə də həmin şəxslər böyüdükdə bu şemalar onların həyatına mənfi təsir göstərir. Və onlar uğursuz, sevilməyən biri olduqlarını düşünsələrdə məsələ yetişdirilmə şəklidir. Valideynlər övladlarını daha yaxşı yetişdirməyə çalışsalarda istifadə etdikləri metodlarla fərqində olmadan onlara zərər vururlar. Və həmin şəxslər böyüdükdə düzgün istifadə olunmayan metodların əks göstərişləri ilə üzləşirlər.

Bir psixoloq olaraq cəmiyyətimizdə və xüsusilə də gənc nəsildə psixoloji baxımdan hansı problemləri görürsünüz? Və bu problemlərin həllini nədə görürsünüz?

İnsan psixologiyasına təsir edən amillər içində xüsusi rolu sosial mühit tutur.

Sosial mühit şəxsin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığı qədər şəxsin psixoloji vəziyyətinin, xarakterinin formalaşmasınada təsir göstərir. Ailə isə kiçik lakin ən çox təsir edən sosial mühitdir. Bəzən ailə daxili problemləri düzəltmək və ya valideynlərin davranış formalarını dəyişdirmək olmur. Lakin bu vəziyyətin şəxsin psixoloji durumuna təsir qüvvəsini azaltmaq və psixoloji vəziyyətini daha yaxşılaşdırmaq üçün sosiallaşmaq mütləqdir. Gənclərimizə sosial mühitlərə, könüllülük proqramlarına qoşulmağı və dostları ilə vaxt keçirməyi tövsiyə edirəm.
Depressiv və kədərli olduqları zaman isə olduqları komfort zonasından çıxmaq tövsiyə edilir. Məsələn şəxs yataq otağındadırsa və bədbin xəyallar qurursa mətbəxə keçə bilər.

Adətən hər bir psixoloqun özünəməxsus müayinə və müalicə metodları olur. Bəs sizin bu istiqamətdə özünəməxsus metodlarınız varmı?

Mən psixopatoloji halları adlandırmadan yanaşmağı və daha çox düşüncələrlə işləməyi üstün tuturam. Misal olaraq Obsessiv Kompulsiv Pozuntusu olan şəxsin düşüncələrinə nəzər yetirək “hər yer mikrob içindədir”, “ təmizləməsəm mikropdan öləcəm”. Şəxs bu düşüncəyə əsaslanaraq Kompulsiv reaksiyalar verir. Özünün yemək qabını kiminsə istifadə etməsinə icazə vermir və ya məişət əşyalarını əlinə əlcək taxaraq istifadə edir, evi daima kimyəvi məhsullarla təmizləyir.
Depressiv olan şəxslər bir çox hallarda özlərinə bu sualı verir “niyə mən?” Və cavab olaraq deyir “mən layiq deyiləm”, “ mən pis insanam” , “ çünki insanlar məni sevmir” beləliklə xəstə düşüncələrin toxumlarını beyinlərinə əkirlər. Və bu düşüncələr şəxs fərqində olmadan iş, şəxsi, sosial və ailə həyatına mənfi təsir göstərir.

Sonda insanlara, xüsusilə də mənəvi – psixoloji cəhətdən cəmiyyətin həssas nümayəndələrinə bir mütəxəssis kimi tövsiyyələriniz nədən ibarətdir?

Bədəninizdəki ağrıları, ağlınızdakı düşüncələri xəfifə almayın. Ağrı və düşüncə əslində bir patologiyanın xəbərçisidir.

Əgər düşüncələriniz sizi narahat edirsə psixoterapevtə mütləq yaxınlaşın. Unutmayın düşüncələrimiz bir mexanizmadır. Beləliklə də bu mexanizma bütün həyatımızı idarə edir.

Söhbətləşdi:

Respublikainfo.com Media Qrupun

Baş redaktoru: Bünyamin Bünyadzadə 

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
83
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
1
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6
Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
3

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.