• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Baltalanan hüquq…

25.07.2024 - 18:34
A A
0
SHARES
18
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu dəyərli fikir adamı və siyasətçi Anar Əsədlinin yazısını təqdim edir:

Cəmiyyəti bürümüş aqressiya gündən günə güclənir. Səbəbi isə susqunluqdur…

İnkişaf etmiş toplumlar ölkələrinin gələcəyini siyasi cəhətdən obyektiv şəkildə sorğulayar və təpki verər. Toplum səssizsə xoşbəxt ola bilməz.

Dövlət və vətən anlayışları bəzən üst- üstə düşsə də, bunların arasında müəyyən fərq var. Vətəni sən seçmirsən. Amma yaşadığın dövləti seçə bilərsən, hətta qura bilərsən. Uzun illər vətənimiz vardı, dövlətimiz yox. Vətən təhlükədə olanda hər kəs ayağa qalxdı, onu qorumağa çalışdı, canından keçdi və dövlətini bərpa etdi.

Lakin dövləti yaşatmaq üçün nə etməlidir onu hələ tam anlamıyla bilmir.

30 il bir dövlət üçün böyük yaş deyil, ancaq bu günə qədər yetişən nəsil artıq təfəkküründəki boşluqlarla formalaşır.

Zaman dayanmır, yeni nəsil gəlir.

Yeni nəsilin isə altşüuruna hər şeyə güc sayəsində nail olmaq yerləşib. Bizim cəmiyyətdə təhqir olunan şəxs məhkəməyə müraciət etmək əvəzinə yumruğunu (baltasını) işə salır. Çünki onun şüurunda dövlətçilik təfəkkürü yoxdur. Şəxsiyyəti təhqir olunmuş insanlar dövlətin məhkəmələrinə müraciət etməyin lazımlığını başa düşmürlər. Başa düşmürlər ki, dövlət onların bütün hüquqlarını, həyatını qoruyan bir qurumdur.

Başa düşülməməyin günahkarları isə hamımızıq. Məhkəmə sistemini rüşvətlə idarə edənlər, bu sistemə güvən yarada bilməyən hakimiyyət, susan ziyalı, biganə qalan xalq.

Bu gün Azərbaycanda məhkəməyə deyil, baltaya müraciət edən cəmiyyətdə tanınan bir şəxs üçün dövlət nə deməkdir?

Ona verilən imtiyazlar və onların yaratdığı hədsiz özünəgüvən hissi.

Vətəndaşlara yaradılan qeyri-bərabər imkanlar cəmiyyətdəki balansı pozur. Balansı pozulmuş cəmiyyət isə yeni yaranan dövlət üçün yaxşı zəmin deyil.

Əslində inkişaf etmiş dövlətlərdə də Aktyorların, İdmançıların, Müğənnilərin bir sözlə sənət adanlarının şəxsi zəmində mübahisələri olur. Lakin belə cəmiyyətlərdə total şəkildə şəxsiyyəti təhqir olunmuş insanlar statuslarından asılı olmayaraq məhkəməyə müraciət edirlər və hüquqları məhkəmədə qorunur.

Çünki bizim ölkədən fərqli olaraq malik olduqları sərvət və güc hakimiyyət tərəfindən onlara peşkəş edilməyib, onun üçün böyük əmək veriblər.
Və anlayırlar ki, bu gücün də təhlükəsizliyini təmin edən qanunlardır. Bir cəmiyyətdəki insanlar əməllərinə görə yox, şanslarına görə dəyərləndirilirlər, cəmiyyət üzvləri qanuna deyil, sahib olduqları gücə güvənirlərsə, (hansısa nazirin ailə müğənniliyi statusuna) o cəmiyyətdə dövlətə qarşı heç bir sevgi olmayacaq, dövlətçilik təfəkkürü formalaşmayacaq.

Biz altşüurunda dövlətçilik təfəkkürü hələ oturuşmamış bir toplum, bir xalqıq.

Ona görə də Azərbaycanlılarda vətənpərvərlik hissi çox güclüdür, amma dövlətçilik hissi tam anlamıyla inkişaf etməyib.

Onun şüurunda mütləq DÖVLƏT anlayışının təməli atılmalıdır. O bilməlidir ki, dövlət vətəndən daha üstün anlayışdır. Bilməlidir ki, dövlətin əsas məqsədi insana xidmət etməkdir. Bilməlidir ki, dövlətin də, insanın da Hüquq xaricindəki hər yolu fəlakətdir, faciədir.

Çıxış yolu isə VƏTƏNDAŞA xidmət edən dövləti qura bilməyin yollarını öyrənməkdir. Bu yolda isə iki vacib və sadə məsələ var:
Siyasi aktivlik və qanunsuzluqlarla barışmamaq.

Hədəfimiz, amalımız Hüquqi Dövlət!

P.S. Sovetin bu özünü doğrultmayan mükafatlarından isə (xalq artisti, və s) imtina etməyin vaxtı çoxdan çatıb.

RESPUBLİKAİNFO.COM 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.