• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

“Avropa Şurası MONEYVAL-ın Azərbaycan üzrə hesabatı açıqlandı”

13.02.2024 - 19:44
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb.

Respublikainfo.com xəbər verir ki,  hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib.

Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.

Hesabatda göstərilir: “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib”.

MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir ki, yüksək qiymətləndirilir.

Son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır.

Diqqətəlayiq haldır ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olmuşdur.

Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, Dövlət Başçısının dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.

Baş redaktor: Bünyamin Bünyadzadə 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.