• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
30 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin komandaları növbəti uğura imza atıb

04.03.2024 - 14:37
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

2-3 mart 2024-cü tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı ilə “Robotex Azərbaycan Avrasiya Çempionatı” təşkil olunub.

Respublikainfo.com xəbər verir ki,
tədbirdə 6 universitetin, 41 məktəbin, 10 özəl müəssisənin 250-dən çox komandası, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda yarışıb.

Çempionatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin 7 komandası müxtəlif kateqoriyalar üzrə qalib seçilib.

Belə ki, mərkəzin “O-Line” komandası “Lego Xəttinin Təqibi” kateqoriyası üzrə 1-ci yerin, “MMR” komandası isə 2-ci yerin qalibi olub. “Karanlığın yıldızları”, “Turan Tech” və “DİS Robot” komandaları isə münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

“RoboLig” kateqoriyası üzrə “Kings” komandası, “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə isə “CREATORS” komandası 3-cü yerin qalibi olub.

Festivalda dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunub.

“Bilim Bakı” mərkəzinin qalib komandaları ölkəmizi Antalyada keçiriləcək yarımfinal mərhələsində təmsil edəcək.

“Robotex Azərbaycan Avrasiya Çempionatı” regionun ən parlaq zəkalı gənclərini təhsil və texnologiya sahəsində bir araya gətirir, onlara bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı verir.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

 

Baş redaktor: Bünyamin Bünyadzadə 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.