Bütün peşələr önəmlidir. Lakin həkim peşəsi əvəzolunmaz peşələrin ən ön sıralarında qərar tutur. Daim ümid yerimiz olan və bizi sağlamlığımıza qovuşduran həkimlər bəlkə də yer üzündə insan cildində mələklərdir.
Bir çox hallarda şəfalı əllər sahibinin xeyirxahlıq, canıyananlıq kimi yüksək insani keyfiyətləri ən ağır xəstənin belə dərdinə çarə tapmaqda ona yol göstərir. Məhz həkimin insansevərliyi və mərhəməti öləziməkdə olan ümidi şölələndirməyə, dünyadan əlini üzənə yeni həyat bəxş etməyə qadirdir.
Belə həkimlərdən biri də məhz uzun illərdir ki, Azərbaycan səhiyyə tarixində müstəsna xidmətləri olan dəyərli və alicənab həkim Seyfəddin Əsəddir.
Bu gün ölkəmizdə bir çox sahələr kimi tibb sahəsində də inkişaf və yeniliklər var. Paytaxt Bakıda yüzlərlə klinika və tibb müəssisələri fəaliyyətdədir.
İnsanlara yüksək səviyyədə tibbi xidmətlər göstərən klinikalardan biri də məhz dəyərli həkim Seyfəddin Əsədin qurucusu olduğu “Doktor Seyfəddin Klinikası”-dır.
Klinika “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşir.
Tanrıdan bu dəyərli ziyaIı, peşəkar həkimimizə can sağlığı və ömrünün müdrik çağında ona sevincli günlər arzu edirik.
Baş redaktor: Bünyamin Bünyadzadə