• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
11 Noyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

ALİCƏNAB İNSAN, PEŞƏKAR HƏKİM – KARDİOLOQ PROFESSOR KAMRAN MUSAYEV…

11.10.2025 - 12:04
A A
0
SHARES
32
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub.

1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirib.

1996-cı ildə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində tibb təhsilini uğurla başa vurub və elə həmin il rezidentura (uzmanlıq) təhsilinə başlayıb. Dr. Kamran Musayev 2002-ci ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində və Florence Nightingale xəstəxanasında illərdir xəyalını qurduğu ürək-damar cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsilini başa vurur.

Nəhayət, tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyyəsi mütəxəssisi kimi vətənə qayıdır. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı kimi fəaliyyət göstərir. 2006–2009-cu illərdə Mərkəzi Klinikanın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. 

Eyni zamanda Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisidir. 2004-2023-cü illərdə Cəmiyyətin sədri vəzifəsini icra edib. Hazırda Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri kimi öz bilik və təcrübəsini gənc həmkarları ilə bölüşür. 

Dr. Kamran Musayev 2005-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (İngiltərə, Kembric) tərəfindən “XXI əsrin görkəmli ziyalıları” (2000 – Outstanding Intellectuals of the 21st Century) siyahısına daxil edilib.

İngiltərə (Harefield Hospital, London) və Amerika Birləşmiş Ştatlarında (Mayo Clinic, Rochester, Minnesota) ixtisasartırma kurslarında iştirak edib. 

Harvard Tibb Məktəbinin (Boston, Massaçusets, ABŞ) “Cərrahlar üçün idarəçilik” proqramını uğurla başa vurub. 

Çox sayda tibbi məqalələri milli və beynəlxalq elmi jurnallarda yayımlanıb, dəfələrlə beynəlxalq konfranslarda çıxış edib. Əhalinin ürək-damar xəstəlikləri haqqında məlumatlandırılması və maarifləndirilməsi üçün mütəmadi olaraq mediada çıxış edir. 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə 30 oktyabr 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının sədridir.

VACİB  QEYD: BU GÜNLƏRDƏ DƏYƏRLİ HƏKİM KARDİOLOQ, PROFESSOR KAMRAN MUSAYEV HƏR ZAMAN OLDUĞU KİMİ NÖVBƏTİ DƏFƏ DƏ ÇOX ÇƏTİN BİR AÇIQ ÜRƏK ƏMƏLİYYATINI YÜKSƏK PEŞƏKARLIQLA HƏYATA KEÇİRİB. BELƏKİ, SƏHHƏTİNDƏ NARAHATLIQ YARANAN ZİYALILARIMIZDAN BİRİ OLAN MEHDİYEV ƏLİ MƏHƏRRƏM OĞLUNUN MÜAYİNƏSİNDƏN SONRA MƏLUM OLUB Kİ, TƏCİLİ ÜRƏK CƏRRAHİYYƏ ƏMƏLİYYATI OLUNMASI VACİBDİR.

BU MÜRƏKKƏB VƏ ƏSİL HƏKİM PEŞƏKARLIĞI TƏLƏB EDƏN CƏRRAHİYYƏ PROSEDURUNU DƏYƏRLİ PROFESSOR DOKTORUMUZ KAMRAN MUSAYEV LAZIMİ SƏVİYYƏDƏ İCRA EDİB. 

BU MÜNASİBƏTLƏ DƏYƏRLİ DOKTORUMUZ KAMRAN MUSAYEVƏ REDAKSİYAMIZ ADINDAN ÖZ DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK. ONA GƏLƏCƏK İŞLƏRİNDƏ HƏR ZAMAN UĞURLAR ARZULAYIRIQ….

Respublikainfo.com Media Qrupu Baş redaktor:

Bünyamin Bünyadzadə 

XƏBƏR LENTİ

Seçmə

“ULU RÖYA YOLUNDA” KİTABININ TƏQDİMATI BAŞ TUTUB

09 Noyabr 2025
8
Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08 Noyabr 2025
1
Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09 Noyabr 2025
17
Seçmə

BMT tərəfdaşı “CIPDH” – İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının Azərbaycan nümayəndəsi 74 yaşını qeyd edir

02 Noyabr 2025
5
Manşet

VƏKİLDƏN maraqlı İZAH – “Soyuq silah” hansı cinayət məsuliyyətidir?

01 Noyabr 2025
56
Manşet

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

31 Oktyabr 2025
79

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.