• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Əsas hədəf, Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı qorumaqdır

21.12.2024 - 12:25
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu təqdim edir:

Bu gün Azərbaycan üçün vacib olan məsələlərdən biri informasiya məkanında həyata keçirilən çoxvektorlu xarici siyasətlə bağlı düzgün məlumatlarn regional və beynəlxalq mətbuatda işıqlandırmaqdır.

 

Xüsusilə, COP29-un Azərbaycanda keçiriliməsi ərəfəsində ölkəmiz bir çox tanınmış beynəlxalq mətbuat orqanlarının qarayaxma kampaniyaları və böhtanlarına məruz qaldı.

 

Heç kəsə sirr deyil ki, saxta xəbərlər (fake news) vasitəsilə ölkədə yeni çağırışlara əsaslanmış, ardıcıl olaraq görülmüş tədbirlər konteksdən çıxarıldı, vətəndaşlarımızın hissiyatına toxunan müxtəlif səpkili məlumatlar bəzi “ədalətli” xəbər portallarında yer aldı.

 

Ümumiyyətlə, bu proses 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində aldə etdiyimiz möhtəşəm Zəfərdən sonra daha da intensiv hal almağa başladı. Keçən müddat ərzində Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu informasiya portalları, telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanin diqqətindən kənarda qalmır.

Bu baxımdan, ölkə başçısının 17 dekabr 2024-cüil tarixində “Rossiya Seqodnya” Beynəlxalq informasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha xüsusi məqamlara aydınlıq gətirməklə, eyni zamanda Azərbaycanın, Azərbaycan Prezidentinin bir sıra məsələlərə dair dəqiq,strateji baxışını ortaya qoydu.

 

Bu gün yeni formalaşmaqda olan dünyanın siyasi arxitekturasında xüsusi əhəmiyyat kəsb edən məsələlərdən biri də məhz regional və mili təhlükəsizlikdir. Azərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə asaslanan əməkdaşlığı təşviq edir, eləcə də yaxın hesab etdiyi dost və qardaş ölkələrlə təhlükəsizlik tədbirlərinin birgə müzakirə  və təşkil olunması istiqamətində əməli işlər görür. 

 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müsahibə zamanı toxunduğu diqqətəlayiq məqamlardan biri Azərbaycanın qonşularımız olan həm Rusiya Federasiyası, həm də NATO Üzvü Türkiyə Respublikası ilə müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə malik yeganə ölkə olmasıdır.

 

Qeyd edək ki, qardaş Türkiya və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında
Bəyannamə 15 iyun 2021-ci il tarixində Qarabağımızın incisi Şuşa şəhərində imzalanıb.

 

Bundan bir neçə ay sonra isə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bayannamə 22 fevral 2022-ci il tarixində Moskva şəhərində imzalanıb.

 

Burada isə əsas hədəf, sözsüz ki, Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı qorumaqdır.

 

Məhz bu səbəbdən, ölkə başçısının da vurğuladığı kimi, “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqda Azərbaycan müstəqil xarici siyəsat yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.”


Bu gün regionda təhlükəsizliyə ən böyük təhdid son dörd ildə Ermənistanin Sülh Sazişinin
imzalanmasının uzadilması üçün etdiyi manevrlərdi. Bu masələ ilə də bağlı Prezident İlham Əliyev müsahibə zamanı konkret fikir səsləndirərək, 17 bənd dən ibarət Sülh Sazişinin 15 bəndinin artıq
razılaşdırıldığını bildirdi. Əlavə olaraq Azərbaycan tərəfinin şərtlərini də açıq ifadə etdi.

 

Belə ki, həmin şərtlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişməsi, digəri isə ATƏT- in Minsk qrupunun ləğv olunması ilə bağlıdır.

 

Cənab Prezidentin istər 2020-ci ildə 44 günlük müharibə zamanı dünya mətbuatına açıqladığı Azərbaycan həqiqətləri, istərsə də bu gün çətin və bir o qədər də gərgin, beynalxalq hüquq və prinsiplərin işləmə mexanizminin axsadığı bir zamanda verdiyi müsahibə ölkəmizin real, gələcəyə baxışını ortaya qoymaqla yanaşı, informasiya cəbhəsində görülən işlərdə öz müsbət rolunu oynayacaqdır.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Mili Məclisinin deputatı

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.