• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

ŞİMAL AXINI LAYİHƏSİ

27.11.2024 - 13:49
A A
0
SHARES
62
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com  Azərbaycan Universitetinin tələbəsi Nərmin Səmidovanın yazısını təqdim edir:

Hesab edirəm ki, “Şimal Axını” layihəsi müasir dövrün enerji və geosiyasi məsələlərində mühüm əhəmiyyət kəsb edir. “Şimal Axını 1” boru kəmərinin inşasına 2005-ci ildə Rusiya ilə Almaniya arasındakı razılaşmadan sonra başlanmışdır. 2010-cu ildə tikinti işlərinə başlanmış və 2011-ci ilin noyabr ayında layihə tamamlanmışdı və bu mərhələdə, Rusiya ilə Almaniya arasında birbaşa enerji təchizatı əlaqəsi yaradıb. “Şimal Axını 2” boru kəmərinin inşasına isə 2018-ci ildə başlanmış və 2021-ci ilin sentyabr ayında tamamlanmışdır.

 

 

Hədəfi Avropanın enerji təhlükəsizliyini təmin etməkdir. Bu kəmər 1225 km uzunluğunda olub, Rusiyadan Baltik dənizinin dibi ilə birbaşa Almaniya sahillərinə qədər uzanır. Rusiya hökumətinə aid olan Qazprom tərəfindən dəstəklənən özəl layihədir və təxminən 8.4 milyard dollar dəyərində qiymətləndirilir. Kəmər, həmçinin Berlin və Moskva tərəfindən güclü dəstəyə malikdir. Şimal Axını boru kəmərlərinin hər birinin illik ötümə qabiliyyəti 55 milyard kubmetrdir.
Bəs bu qaz kəməri layihəsi nəyə görə zəruri oldu? 2009-cu ildə Ukrayna ilə Rusiya arasında qaz qiymətləri ilə bağlı yaranan münaqişə əsas səbəblərindən biridir.

 

O dövrdə Rusiya qaz ixracını dayandırmış və bunun nəticəsində Avropa ölkələri ilə qaz təchizatı məsələsində problemlər yaşanmışdı. 2009-cu ilə qədər Rusiyanın Avropaya ixrac etdiyi qazın üçdə ikisi məhz Ukrayna üzərindən çatdırılırdı. Lakin son Rusiya-Ukrayna münaqişəsi və bununla bərabər yaranan çətinliklər, müharibə şəraiti və digər amillər “Şimal Axını 2” layihəsinin əhəmiyyətini artırmışdır. Beləliklə, Rusiya Ukraynadan yan keçərək öz təbii qazını birbaşa Avropaya çatdırmaq qərarına gəlib.

 

“Şimal Axını” layihəsinin müsbət və mənfi tərəflərini belə izah edərdim:

 

Müsbət tərəflər:
1. Bu layihə qazın birbaşa Avropaya çatdırılmasını təmin edir, beləliklə, enerjinin təchizatında etibarlılığı artırır.
2. Qazın daşınması ilə bağlı xərclərin azalması, nəticədə, istehlakçıların ödədiyi qaz qiymətlərində azalma yaratmağa kömək edir.
3. Layihədə istifadə olunan müasir texnologiyalar, qazın daşınmasının daha səmərəli olmasını və ekoloji təsirlərinin azalmasını təmin edir.

 

Mənfi tərəflər:
1.Ukrayna və digər tranzit ölkələrinin qaz keçidi üzərindən əldə etdiyi gəlirləri azaldaraq onların iqtisadiyyatına mənfi təsir göstərir.
2. Rusiya qazına olan asılılığın artması, gələcəkdə siyasi və iqtisadi təzyiqlərə səbəb ola bilər.
3. Qazın sızması ehtimalı, ətraf mühitə ciddi təhlükə yaratmaqla yanaşı, təbii fəlakətlərə yol aça bilər.

 

“Şimal Axını” layihəsinə qarşı olan dövlətlər vardır ki, bunun səbəbi daha çox iqtisadi, geosiyasi və ekoloji məsələlərlə əlaqədardır. Ukrayna üçün bu layihənin təsiri xüsusilə mənfi olub. “Şimal Axını 2”nin qaz ötürməsini Ukraynanın ərazisindən kənarlaşdırması, ölkənin illik qaz tranzit gəlirlərində azalmaya səbəb olur.

 

Polşa və Estoniya layihənin əleyhinə müəyyən çıxışlar etməyə çalışmışlar. Onlar hesab edirlər ki, bu layihə Avropanın qaz təchizatını diversifikasiya etməyəcək, Rusiyadan asılılığı ortaya salacaq və dolayısı ilə müəyyən vəsflərlə bu layihənin reallaşmasına mane olur.

 

ABŞ da uzun müddətdir ki, layihəyə qarşıdır və onu Avropada Rusiyanın enerji bazarındakı hökmranlığını artıran bir addım kimi qiymətləndirir. Bu səbəbdən ABŞ, Rusiyanın enerji sektoru ilə əlaqədar şirkətlərə və həmin sektorda fəaliyyət göstərən xarici şirkətlərə sanksiyalar tətbiq edir. Lakin, indiyə qədər bu sanksiyalar “Şimal Axını 2” layihəsinin inkişafına ciddi təsir etməyib. Avropa komissiyası da layihəyə etiraz edir, lakin bildirir ki, bunu dayandırmaq üçün heç bir hüquqi əsas yoxdur.

 

 

Nəticə etibarilə, bu layihə ilə bağlı yaranan mübahisələrin əsas səbəbi enerji təhlükəsizliyi ilə geosiyasi maraqların qarşıdurmasıdır. Layihə Avropanın qaz təchizatını təmin edərkən, digər tərəfdən Rusiya ilə Avropa arasında gərginliklərin artmasına səbəb olub. Layihə Rusiyanın maraqlarını, Almaniyanın isə birbaşa enerji təminatı ilə bağlı maraqlarını tam ödüyür. Xüsusilə də, bu qazın Britaniyaya ixrac olunması ilə bağlıdır. Layihənin perspektivliyi enerji tələbatı, geosiyasi vəziyyət və Avropanın enerji siyasətindəki dəyişikliklərdən asılıdır. 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə Şimal Axını 1 və Şimal Axını 2 kəmərləri fəaliyyətini dayandırıb.

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.