• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
29 Aprel, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Yeni sayt istifadəyə başladı

19.11.2023 - 11:19
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış western-azerbaijan.az saytı fəaliyyətə başlayıb.

Saytda Qərbi Azərbaycanın tarixinə, tarixi mahallarına,  soydaşlarımızın bu torpaqlarda yaratdığı maddi və mədəni irsə, ərazinin etnodemoqrafik vəziyyətinə, eləcə də “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində çəkilmiş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminə həsr olunmuş bölmələr yaradılıb. Saytın mənbələr bölməsində Qərbi Azərbaycanın tarixinə həsr olunmuş elmi ədəbiyyatın, müxtəlif dövrləri əks etdirən xəritələrin və sənədlərin rəqəmsal  surətləri yerləşdirilib.

Azərbaycan, ingilis və erməni dillərində yayımlanan məqalələrdə  Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələri (qalalar, məscidlər, saraylar və s.), incəsənət nümunələri  (xalçalar, tətbiqi sənət nümunələri), mədəni mühit (ədəbiyyat, teatr, təhsil, mətbuat) haqqında beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəsilə tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir fotolar vasitəsi ilə dolğun informasiya çatdırılır.
Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və  AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində  genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.

Saytda təqdim olunan materiallar eyni zamanda Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi  ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı  sinif şagirdləri, dünya azərbaycanşünasları, Ermənistan azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.

XƏBƏR LENTİ

Sağlamlıq

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir – MÜSAHİBƏ

21 Mart 2026
11
Cəmiyyət

“Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım”

21 Mart 2026
13
Cəmiyyət

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

20 Mart 2026
15
Cəmiyyət

Ceyhun Quliyev bir mənzili 3-4 nəfərə satıb — HAZIRDA HƏBSDƏDİ…

17 Mart 2026
48
Cəmiyyət

“Bina yarımçıq qalıb, hər an dəhşətli faciə baş verə bilər” – İcra başçısı niyə reaksiya vermir?

17 Mart 2026
4
Cəmiyyət

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

17 Mart 2026
4

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.