• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Zərifə xanım Əliyevanın oftolmologiya elminə gətirdiyi yeniliklər müasir dövrümüzdə də öz aktuallığını saxlayır

16.04.2024 - 13:08
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Hər bir xalqın mənsub olduğu yaradıcı şəxslərindən, elm adamlarından, ümumən ziyalılarından yadigar qalan bütün maddi və mənəvi irsi həmin xalqın və bəzən də bəşəriyyətin zamanla sərvətinə çevrilir. Görkəmli oftolmoloq, akademik Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdən biridir. Qədirbilən Azərbaycan xalqı əbədi olaraq Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin hörmətlə yad edib, onun zəngin elmi irsini hər zaman yaşadacaqdır. Hər bir dahi şəxsiyyətin ictimai həyatda layiqli bir fərd olaraq yetişməsi üçün, həm də onun böyüyüb-başa çatdığı ailəsinin rolu əvəzsisdir.

Bu baxımdan da söyləyə bilərik ki, Zərifə xanım Əliyevanın bir görkəmli xadim olaraq yetişməsində onun ailəsinin böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də dövrünün görkəmli ictimai-siyasi və elm xadimi sayılan Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Ən ali arzusu tibb sahəsində mütəxəssis kadr olaraq yetişmək olan Zərifə xanım Əliyeva orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olur və 1947-ci ildə ali təhsil ocağını əla qiymətlərlə bitirərək, oftolmoloq ixtisasına yiyələnir. Həmin dövrün tarixi sənədlərinə nəzər salsaq görərik ki, qeyd etdiyimiz illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyası geniş yayılmış bir xəstəliyə çevrilmişdi. O zaman ölkənin tibb sahəsində bu xəstəliyə qarşı təsirli müalicə üsulları faktiki olaraq yox idi. Belə olan halda Zərifə xanım Əliyevanın bu sahədə apardığı elmi araşdırma və regionlarda tibb işçiləri arasında apardığı maarifləndirici tədbirlər görülən işlərə böyük töhfə vermiş oldu.

Zərifə Əliyevanın Moskva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşdırma kursunu bitirdikdən sonra öz doğma vətəninə qayıtması və öz xalqına şərəflə xidmət etməsi onun vətən, xalq, yurd sevgisinin bariz nümunəsi sayılır. Qeyd etməliyik ki, elmi, ictimai fəaliyyətlə paralel olaraq Zərifə xanım, həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı idi. O, bu mötəbər xüsusiyyətləri böyüyüb, boya-başa çatdığı ailəsindəki yüksək mənəvi mühitdən qazanmışdı. Ümummilli Lider Heydər Əliyevlə Zərifə xanım Əliyevanın həyat yolunun oxşar xüsusiyyətlərindən biri də odur ki, hər iki dahi şəxsiyyət gərgin əmək fəaliyyətləri ilə ömürlərini Azərbayacan xalqına həsr etmiş və sahib olduqları nəcib insani keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürmüşlər. Zərifə xanım gərgin elmi və tibbi fəaliyyəti ilə parael bütün ömrü boyu Ulu Öndər Heydər Əliyevə mənəvi dayaq olub. Zərifə xanım Əliyevanın 1985-ci ilin aprel ayının 15-də dünyasını dəyişməsi onun ailəsi ilə yanaşı, həm də Azərbaycan xalqı, ictimaiyyəti üçün böyük itki oldu. Vurğulamalıyıq ki, Zərifə xanımın həyat və elmi yaradıcılığının tədqiqi bu gün gənc elmi işçilər üçün mühüm araşdırma predmetinə çevrilib. Onun oftolmologiya elminə verdiyi töhfələr bu gün də aktuallığını saxlayır. Elə sadaladığımız bütün bu amillər Zərifə xanım Əliyevanın xalq tərəfindən sevilməsinin əsasını təşkil edir.

Təhmasib Məlikov;
Neftçala rayon ziyalısı, Şəhid atası

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.