Respublikainfo.com xəbər verir ki YUĞ Teatrı ötən gün Gürcüstanın Kutaisi şəhərində keçirilən “Teatral İmereti” beynəlxalq teatr festivalında çıxış edib. V. Şekspirin “III Riçard” əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoyçevin quruluşunda hazırlanmış “Lənət” tamaşası seyrçilər tərəfindən yaxşı qarşılanıb. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.
Qeyd edək ki, tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa edirdi.
Xüsusi Mədəniyyət müxbiri Şükufə Ramizqızı