• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09.11.2025 - 9:32
A A
0
SHARES
47
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun toyu olub. Toyun təmtərağı əks-səda yaradıb. Təkcə müğənnilərə- Aygün Kazımova, Röya Ayxan və digər məşhur səhnə ulduzlarına 150 min manat ödənilib. Məclisin yemək-içmək menüsunu, çəkiliş heyətinin qonorarını və başqa məziyyətlərini də nəzərə alsaq, toy sahibinin nə qədər xərc çəkdiyini təsəvvür etmək olar.

Toy məclisi Bakının hazırda ən dəbdəbəli, bahalı məkanlarından birində- 8-ci km-də yerləşən “Elux Events Hall”da keçirilib. Qonaqlar da bədxərclikdə toy sahibindən geri qalmayıblar.

Dəvət olunanlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. O, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində qızıl, brilliant hədiyyə təqdim edib.

Maraqlıdır ki, AAYDA-da da orta ranqlı vəzifə tutan bu adamlar bu qədər cah-cəlala necə sahib olublar? Namiq Fərmanov aldığı vəzifə maaşı ilə bu cür dəbdəbəli toyun xərcini ödəyə bilməz. Ailənin digər üzvlərinin gəlirləri də buna bəs etməz. Bu sirri bilsə, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov cənabları bilər.

Cənab sədr, Hikmət Seyidov idarələrinizdən birinin struktur rəhbəridir. İşçiniz bir toyda 20 min ABŞ dolları məbləğində zinyət əşyası bəxşiş edirsə, onun qazanc mənbəyi barədə şübhələr yaranır. Eləcə də Namiq Fərmanov haqqında bunları demək olar. Əməkdaşlarınızın harın həyat tərzi rəhbərlik etdiyiniz təşkilatın işində qaranlıq məqamların olduğuna işarə verir.

Ulu Öndər Heydər Əliyev həmişə çıxışlarında dövlət məmurlarına sadə olmağı tapşırır, imkanları şəxslərə bu barədə tövsiyələrini verirdi. Dəfələrlə müşavirələrdə bahalı həyat tərzi yaşamağa meylli vəzifəli şəxsləri tənbeh edir, cəzalandırır, həddi aşanlara qanunun gücünü tətbiq edir. Cənab Prezident İlham Əliyev də eyni yolu davam etdirir.

Xalqa yuxarıdan aşağı baxanları, xalqın, dövlətin malını talayıb zəhmətsiz gəlirlə kef çəkənləri aşkar etdirib ifşa etdirir, cəzasız qoymur. İndi söz sizdədir, cənab Saleh Məmmədov. Fakt ortadadır. Hər ehtimala daxili audit yoxlaması aparılmasını təşkil etsəniz pis olmaz.

 


Sima Babayeva

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.