• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
08 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

YENİ İL ÇAĞIRIŞI – Mirzə Rəşad Orbey yazır

01.01.2025 - 19:34
A A
0
SHARES
11
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

YENİ İL ÇAĞIRIŞI

Yeni İlimiz ümummilli planda o zaman bəxtiyar, o zaman şad və abad olacaq ki, ərəzi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Respublikamızda həm də siyasi məhbuslar olmayacaq! Bu gün üç yüzdən çox ailədə kədər sevinci əvəz edir.

Məhkəmə hökmü olmadan insanların aylarla, illərlə həbsdə saxlanması nə insanlığa sığır, nə də hüquqa.

Azərbaycançılıq mənəvi-vicdani olaraq bu ola bilməz axı! Azərbaycan xalqı həftələrdir diktator Bəşər Əsədi günahsız insanları zindanlarda çürütmək kimi yaramaz bir əməl üstündə haqlı olaraq lənətləyir.

Siyasi məhbusların mövcudluğu Respublikamıza başucalığı gətirmir və ölkəmizin beynəlxalq imicinə ağır zərbə vuran bu neqativdən imtina etmək vaxtıdır. Çünki siyasi məhbus məsələsi ölkəmizi beynəlxalq təzyiqlər üçün real hədəfə çevirir.

Siyasi dözümsüzlük insan taleləri üzərində belə acımasız hökmlərlə müşayiət olunmamalıdır.

Diqqət etdinizsə, bir həftə əvvəl Prezident özü rus telekanallarına verdiyi müsahibədə Azərbaycanda siyasi məhbusların yaranma səbəbləri barədə də qismən danışdı və siyasi məhbuslara hüquq-mühafizə orqanlarının yapışdırmaq istədikləri ittihamları, maddələri, bir növ, özü darmadağın elədi.

Şöbələrin və məhkəmələrin türmələri siyasi məhbusla doldurmaq üçün çəkdikləri “əziyyətləri”, “canfəşanlığı”, hoqqabazlığı, qurduqları kombinasiyaları özü puç etdi.

Sözlərindən, fikirlərindən belə çıxdı ki, Prezidentin özü prosesə hakimdir, hər şeydən çox müfəssəl xəbəri var və həbs dalğasının dayanması üçün onun bir işarəsi yetərlidir, maddələr-filan hamısı boş söhbətdir…

Bax, elə buna görə də deyirik ki, ölkəmizin gerçək siyasi barışa və həqiqi ictimai-siyasi dialoqa ehtiyacı var. Dekorativ yox, sözün bütün mənalarında həqiqi! Bu isə, istisnasız bütün siyasi məhbusların azadlığı ilə başlaya bilər.

Ölkəmizin və xalqımızın gələcəyini daha parlaq etmək üçün, ümumrespublika idarəetməsində fundamental planda görüləsi çox işlər var, lakin belə bir nəcib addımla ilk töhfəni vermək olar.

Bundan ötrü Respublikanı idarə edən şəxsdən müdrikcəsinə bir siyasi iradə və uzaqgörən siyasi qərar lazımdır. Özünün də dediyi kimi, heç yanvarın sonunu gözləmədən siyasi məhbusları azad etməklə, cəmiyyətə barış mesajları buraxa bilər.

İctimai-siyasi münasibətlər sistemində qarşılıqlı olaraq kin-küdurətə, nifrətə, şiddətə, qurşaqdan aşağı zərbələrə, düşmənçiliyə, hikkəyə və siyasi dözümsüzlüyə birdəfəlik son qoymaq lazımdır.

Bütün bunların əvəzinə isə, artıq dərin dövlətçilik ərkanının, siyasi mədəniyyətin, demokratik prinsiplərin ön plana çıxacağı, siyasi yarışda bərabərhüquqlu yanaşmalara və qarşılıqlı sayğıya söykənən siyasi münasibətlər sisteminə keçid etmək zərurəti yaranıb.

Bu zərurət bu gün üçün yox, daha çox gələcək onilliklər üçün, yeni yetişən nəsillərin işini asanlaşdırmaqdan ötrü önəmlidir, vacibdir, mütləqdir. Bioloji faktoru unutmaq olmaz və sabaha daha aydın konsepsiya ilə hazırlaşmaq lazımdır.

Azərbaycanımızın, xalqımızın buna böyük ehtiyacı var. Konstitusiya və Suverenlik İli həm də ölkədaxili siyasi barışa nail olmaq üçün unikal fürsətlər açır. Şübhə etmirəm ki, Siz bir səmimi addım atsanız, cəmiyyət bu addıma qarşı iki real addım atacaqdır.

Əgər ətrafımızda regional planda baş verən siyasi və geosiyasi hadisələri, ümumiyyətlə dünyada gedən prosesləri doğru oxuya bilirsizsə (buna qətiyyən şübhə etmirəm) və buna adekvat olaraq reallıq hissi hələ tam itirilməyibsə, siyasi məhbusları qeyd-şərtsiz azad etməklə, siyasi münasibətlər sistemində real açılımlara getməklə, Dövlətimizə və xalqımıza yaxşılıq etmiş olacaqsız…

Siyasətçi Mirzə Rəşad Orbey

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.