Respublikainfo.com xəbər verir ki, “Azərşəkər” MMC və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində ekskursiya təşkil edilib.
Ekskursiyada Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları və Şəmkir rayon ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Ekskursiya zamanı şagirdlərə “Azərşəkər” MMC-nin Şəmkir təsərrüfatında görülən işlər haqqında geniş məlumat verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlər qabaqcıl texnologiyalardan istifadə olunaraq suya necə qənaət edildiyi, ətraf mühitin necə mühafizə edilməsi, pivot və damla suvarma üsulları tətbiq edilməklə becərmə prosesi və bitkilərin ziyanvericilərdən qorunması üsulları ilə yaxından tanış olublar.