Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü ərəfəsində partiyanın yaranması və yaranma zərurətlərini analiz edərkən bizlər bir daha Ümummilli Lider Heydər Əliyev şəxsiyətinin uzaq hədəflərə hesablanmış siyasi strategiyasının əyani şahidi oluruq. Bəli, YAP təsis edilərkən bir müxalifət partiyası olaraq təsis edilmişdi. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda rəhbərlik, siyasi müstəvidə heç bir siyasi səriştəsi, dövlət idarəçilik təcrübəsi olmayan şəxslərə həvalə edilmişdi. Belə bir çətin durumda nəinki müstəqilliyimizi inkişaf etdirmək, onu qoruyub saxlamaq özü belə çətin sual altında idi. O dövrdə ölkədə vəziyyət həddən artıq kritik idi. Xalqın yeganə ümid, pənah yeri hər zaman xalqının yanında olan, Sovetlər dönəmində belə ağır siyasi rejimin kaprizlərinə rəğmən öz doğma xalqının rifahının yüksəldilməsinə çalışan, ölkəsinin iqtisadi cəhətdən inkişafını düşünən və o, amilləri icra etmək üçün əlindən gələni əsirgəməyən Ulu Öndər Heydər Əliyev oldu.1992-ci ilin oktyabr ayında bir qurup Azərbaycan ziyalısı Ulu Öndər, Azərbaycanımızın xilaskarı Heydər Əlirza oğlu Əliyevdən xalqı bu gərgin durumdan, dövlətimizi batmaqda olan siyasi bataqlıqdan xilas etmək üçün bir siyasi partiyanın, Yeni Azərbaycan Partiyası adlanacaq siyasi təsisatın yaradılması naminə onların təklifini qəbul etmək üçün Naxçıvana yollandı. Ulu Öndər Heydər Əliyev həmin ziyalıları qəbul edərək xalqı bu bəladan qurtarmaq üçün, gələcək inkişaf strategiyamızın təməli olan Yeni Azərbaycan Partiyasının yaradılmasına hə dedi və 1992-ci il noyabr ayının 21-də Heydər Əliyevin sədrliyi ilə YAP-ın təsisat konfransı keçirildi. Bəli fikirlərimin əvvəlində dediyim kimi, YAP təsis edilərkən ölkədə vəziyyət çox acınacaqlı idi və YAP müxalifət partiyası idi. Tarixi faktlara istinad etsək deyə bilərik ki, YAP-in yarandığı tarixi günlərdə Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü. Ölkədə cəmiyyətimizin bütün sahələrində geriləmə, regionlarda separatizm meylləri, ictimai-siyasi sahədə anarxiya və çəkişmələr müşahidə olunurdu. Belə olan halda bu vəziyyətdən qonşu-düşmən Ermənistan yararlanmağa nail olmuşdu.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi sözün əsl mənasında Azərbaycanı bütün bu bəlalardan xilas elədi. Gərgin anları geridə qoyan və bütün maneələri aradan qaldıran Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə respublikamız uğurlu inkişaf yoluna qədəm qoydu. İlk öncə ölkədə ictimai-siyasi sabitlik bərqərar edilidi. Ermənistan-Azərbaycan müharibəsində sülhün əldə olunması və problemin tez bir zamanda aradan qaldırılması məqsədilə atəşkəs elan edildi. Heydər Əliyevin hakimiyyəti qayıdışı Azərbaycana sülh, sabitlik, dirçəliş, iqtisadi inkişaf gətirdi. Cəmiyyətimizdə Yeni Azərbaycan Partiyasına və onun sədri, Ölkə başçısı, Umummilli Lider Heydər Əliyevə böyük ümüdlər və əminlik hissləri yarandı. Bax bu idi xalqın istəyi, bu idi Yeni Azərbaycan Partiyasının nizamnaməsində öz əksini tapan müddəaların amalı. Xalqı bəladan xilas etmək, rifaha çatdırmaq, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına nail olmaq. Bələ də oldu. Azərbaycan həqiqətən də bu gün regionun süper güc dövlətinə çevrilib. Yeni Azərbaycan Partiyası bu gün Ümummilli Lider Heydər Əliyev ideyalarını uğurla davam etdirən Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz regionunda ən böyük siyasi partiyaya çevrilib. Hər ötən gün partiyanın nüfuzu artmaqdadır. Ulu Öndərin sözləri ilə desək; “Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır”.
Rəşid Manafov;
Neftçala rayon ziyalısı