• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
21 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Yalnız ədalətli rəqabət mühiti cəmiyyəti inkişafa aparacaq

18.05.2024 - 0:23
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com mütəmadi olaraq müxtəlif siyasət adamlarının yazılarını və siyasi şərhlərini siz oxucularımıza təqdim etməkdədir. Növbəti siyasi yazını sizə təqdim edirik:

Azərbaycanın siyasi camiəsi ürək ağrıdacaq, üzüntü yaşadacaq qədər acınacaqlı bir durumdadır. Bu təbii ki, demokratiya anlayışının və əxlaqının aşağı dərəcədə dərk edilməsi ilə əlaqədardır. Ölkənin siyasi meydanındakı durum: şəxsi suçlamalar, şərləmələr, guya demokratiya naminə birgə yol gələn insanların bir-birlərinə qarşı kiçik hisslərlə savaşmaları, bir-birlərini hakimiyyət işləməkdə suçlamaları həqiqətən faciəvi durumdur. Yaxşı bəs niyə belə oldu? sualı daim aktualdır.

Azərbaycanda daha dəqiq desək, postsovet ölkələrindəki demokratiya mücadiləsi hər zaman xüsusi həssaslıqla müzakirə edilir.

Postsovet ölkələrində 90-cı illərdə demokratiyanın və müstəqilliyin ilk dalğasının gətirdiyi xalq hakimiyyətləri Sovetlərin (Rusiyanın) uzun illər formalaşmış və püxtələşmiş “KQB” casus şəbəkəsi sisteminin əli ilə ustalıqla devrildi. Demokratları bacarıqsız, qabiliyyətsiz, səriştəsiz, xaosa və vətəndaş müharibəsinə səbəb olacaq hərəkətlərdə suçladılar və bu ölkələrin hamısında xalqlar bir müddət psixoloji çaşqınlıq və travmalar yaşadı.

“Əsas stabillikdir” siyasi fikri şüuri olaraq vətəndaşa həzm etdirildi. Vətəndaş da anlaqlı şəkildə “məlum stabillik xəttini” özünün ləyaqətli həyat yaşamaq, hüquq və azadlıqlar əldə etmək arzusundan daha vacib hesab etdi. Hansı ölkədə buna nə qədər nail oldular, bu başqa mövzudur, lakin istədiklərini uzun illər həyata keçirə bildilər və hətta indi də uğurla davam edir.

Açıq şəkildə söyləmək lazımdır ki, bu prosesin uğurla aparıla bilməsində elə özünü “demokrat” sayanların demokrat ola bilməməsi,gerçəkdən qabliyyətsiz,bacarıqsız olmalarından başqa həm də yaltaq, satılıq xarakterə sahib olmaları (bir neçə barmaqla sayıla biləcək şəxslər istisna olmaqla) bu coğrafiyalarda demokratiya istəməyənlərin tam olaraq işinə yaradı. İndi də ömürlərinin ahıl yaşlarında siyasi dekorasiya materialı kimi istifadə olunurlar.

Çünki yaxşı başa düşürlər ki,
DEMOKRATİKLƏŞMƏ şəxsiyyətin təməl mənafelərinin qorunması, siyasi bərabərlik, hüquqlar sistemi ilə yanaşı, həm də xalqın seçdiyinin seçilməsidir.

Xalq isə bu bəlli “alternativləri” seçməkdən çoxdan vaz keçib. Qeybət, dedi-qodu, ləkə atmaq, xainlik, üzə durmaq, prinsipsizlik və s neqativ məsələlərdə daha yaxşı “xidmət” göstərmək naminə yarış atı kimi yaşamaqla yeni yetişən gənc nəsil sizi niyə seçməlidir ki?

Nə örnək göstərirsiniz ki? Sizin bu rəzalət verici tablonuza baxaraq Hakim Gücün yanında yer alıb həyatını qurtarmağa çalışır ya da ölkəni tərk edib içi nifrətlə dolu, küskünlüklə çıxıb gedir.

Bu gün demokratikləşmə Azərbaycana hava və su qədər lazımdır.

Demokrtatik cəmiyyət mütləq formalaşacaq. Geci-tezi var sadəcə.

Qeyri-hökumət təşkilatları, siyasi partiyalar, media Respublikanın siyasi həyatında “yuxarılardan” gələn tezislərlə deyil, müstəqil şəkildə önəmli rol almağa başlayacaq.

Geosiyasi və geoiqtisadi planda dəyişən dünya və dəyişən region fonunda bu prosesi, bəlkə də, çox az bir müddətə tormozlamaq olar, lakin önünə keçmək qətiyyən mümkün deyil.

Yalnız ədalətli rəqabət mühiti cəmiyyəti inkişafa aparacaq. Bütün sahələrdə bu vacib cəhət öz faydasını göstərməlidir. Əks halda, yəni cəmiyyətin demokratikləşməsi baş tutmazsa, əmin olun ki, heç nəyə nail ola bilməyəcəyik. Ədalətli rəqabət mühitini isə BİZ yaradacağıq. Hakimiyyətin bütün resursları ilə siyasətdən əl çəkdirməyə çalışdığı sizin isə sevərək bu işdə alət olduğunuz üzümüzə gülüb arxadan bıçaq sapladığınız BİZ!

MÜƏLLİF : ANAR ƏSƏDLİ

Baş redaktor: Bünyamin Bünyadzadə  Respublikainfo.com 

XƏBƏR LENTİ

Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
7
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1
Cəmiyyət

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

30 Dekabr 2025
11

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.