• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Xocalı soyqırımına ilk siyasi qiymət də məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib

25.02.2024 - 13:55
A A
0
SHARES
30
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Xalqımız 26 fevralı bəşəriyyətdə insanlığa qarşı törədilmiş dəhşətli bir cinayətin – ermənilərin Azərbaycana qarşı törətdikləri Xocalı soyqırımının il dönümünü yad edir.
Ermənistan faşizm ideologiyasını özlərinin siyasi təfəkküründə yaşadırlar.

Ermənistanın paytaxtında, ikinci dünya müharibəsində nasistlərə xidmət edən, dəhşətli cinayətlər törədənlərə abidə ucaldıblar. Xocalı soyqırımı törədənlər də məhz faşist Qoriqenin davamçılarıdır.

Xocalı soyqırımı törədən, Azərbaycanlı uşaqları, qadınları, qocaları, amansızlıqla gətlə yetirən, sonradan Ermənistan prezidenti olan Serjik Sarkisyan bu soyqırımı ermənilərin törətdiyini və özünün də bu cinayətdə iştirak etdiyini etiraf etmişdir.

Təəssüflər olsun ki, özlərini demokratiyanın, insan hüquqlarının keşikçisi adlandıran Qərb dövlətləri bu soyqırımı görmək istəmədilər. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətə görə Ermənistanı qınamaq, ona təsir etmək əvəzinə Fransa başda olmaqla bir sıra Qərb dövlətləri riyakarlığa, çirkin əməllərə əl atdılar.

Bu dövlətlər 1915-ci ildə güya ermənilərin türklər tərəfindən soyqırıma məruz qalmalarını təsdiqləyən sənəd gəbul etdilər. Halbuki o zaman da ermənilər türkləri və azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişdilər.

Xocalı soyqırımına ilk siyasi qiymət də məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu

öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırdı və bu soyqırımı tanıtmağa çalışdı.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur.

Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.
2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun mərd, cəsur əsgər və zabitləri Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla da hərb meydanında Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin, Xocalı qurbanlarının qisası alındı. Vətən müharibəsində ermənilər yenə də vəhşiliklər törətdilər. Azərbaycan əsgəri ilə bacarmayan ermənilər Gəncəni , Bərdəni, Tərtəri raket atəşinə tutaraq dinc əhalini qətlə yetirdilər. Prezident cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan əsgəri əsl mərdlik, qeyrət nümayiş etdirərək dinc erməni əhalisinə, yaşayış evlərinə, mülki obyektlərə bir güllə belə atmadılar. Prezidentimiz bütün dünyaya düşmənlə müharibə aparmaq mədəniyyətini nümayiş etdirdi.

Xankəndində oturub Azərbaycana meydan oxuyan, azərbaycanlıları qətlə yetirən, Xocalı soyqırımını törədənlərin bir qismi Bakıda həbsxanada saxlanılır. Onların bəziləri Azərbaycanın məhkəmələri tərəfindən qanunla layiq olduqları cəzaları alıblar, bəziləri öz cəzalarını gözləyirlər. Vaxt gələcək Vətən müharibəsində qaçıb qizlənən Xocalı qatillərindən olan Sarkisyan və Köçəryan da həbs edilərək, Azərbaycan həbsxanasına salınacaq və onlar da öz layiqli cəzalarını alacaqlar.

Kamilə Əliyeva
Milli Məclisin deputatı,
professor

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.