• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
11 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu- FOTO

09.05.2024 - 12:49
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki,  Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis, şirkət rəsmiləri, futbolçular və media nümayəndələri iştirak ediblər.

Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas milli komandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsor qismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolunun inkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşı olacaq.

“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis tədbirdə çıxış edərək bildirib ki, bu sponsorluqla Azərbaycan futboluna dəstək olacaqlar: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq. “Xırdalan 0.0” yerli arpadan Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivədir və bu keyfiyyətli məhsulla ölkəmizdə idmanın inkişafını dəstəkləməkdən qürur duyuruq. AFFA-nın prioritetlərinə əsasən, stadionlarda azarkeş sayının artırılması, gənclərdə futbola marağın gücləndirilməsi, sosial layihələrin həyata keçirilməsi üçün birgə çalışacağıq. İnanıram ki, birgə atılan addımlar nəticəsində qısa müddətdə Azərbaycan futboluna böyük töhfə verməyi bacaracağıq”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Carlsberg Azerbaijan” da qoşulur. Bundan sonra “Carlsberg Azerbaijan”ın “Xırdalan 0.0” pivəsi kişilərdən ibarət A milli komandamızın sponsorlarından biri olacaq. İnanıram ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və hər iki tərəf bundan faydalanacaq”.

AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluq müqaviləsi dörd il müddətinə imzalanıb, lakin tərəflər uzunmüddətli əməkdaşlıq niyyətindədirlər.

Qeyd edək ki, milli komandanın yeni sponsoru “Xırdalan 0.0” – pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli xammaldan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılara təqdim olunub.

Xatırladaq ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. “Carlsberg Azerbaijan” şirkəti büdcəyə illik 35-38 mln manat vergi ödəyir və fəaliyyətə başladığı vaxtdan investisiyalarının həcmi 65 mln manatdan çox təşkil edir.

Baş redaktor : Bünyamin Bünyadzadə 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
83
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
1
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6
Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
3

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.