Məlum olduğu kimi Xankəndi, Xocalı, Xocacənd, Ağdərə və digər yaşayış məntəqələrində Azərbaycanın hüquq-mühafizə orqanları fəaliyyət göstərir.
Nəzərə alsaq ki, bütün işğaldan azad olunmuş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəlikləri mövcuddur. O zaman Xankəndi şəhərinin inzibati idarə olunması necə olacaq? Həmçinin müəyyən sayda erməni əsilli sakinlərin yaşayacağı bu şəhərdə yeni idarəetmə sistemi yaradıla bilərmi?
Millət vəkili Arzu Nağıyev bildirib ki, bütün infrastrukturların, eyni zamanda idarəçiliyin bərpa olunması mərhələli şəkildə həyata keçirilməlidir.
Onun sözlərinə görə, ilk növbədə hüquq mühafizə orqanları və ordu öz funksiyaların yerinə yetirməlidir ki, orada gizlədilmiş, basdırılmış minalar, müxtəlif partlayıcı maddələr təmizlənsin, məhz ondan sonra digər qurumların işi bərpa olunsun.
“Artıq reinteqrasiya məsələri ilə bağlı Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiə Nairliyi işə başlayıb. Düşünürəm ki, sülhməramlı qüvvələrlə birlikdə tam şəkildə bütün hazırlıq prosesi həyata keçirildikdən sonra başqa qurumlar da, idarəçilik də öz yerini tutacaq. Digər ərazilərimizdə necə bərpa işlərindən sonra qurumlar öz funksiyalarını yerinə yetirməyə başlayırlarsa, Xankəndidə də mərhələli şəkildə bu proses həllini tapacaq”,- Arzu Nağıyev əlavə edib.
RESPUBLİKAİNFO.COM
BAŞ REDAKTOR: Bünyamin Bünyadzadə