Respublikainfo.com xəbər saytı mütəmadi olaraq işgüzar həyatda uğur qazanmış şəxslər haqqında media vasitəsilə məlumatları təqdim etməkdədir.
“UĞURUN SİRRİ” rubrikasında bu dəfə “Araz Supermarket MMC” nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri Rəşad İbrahimov haqqında məlumatı sizə təqdim edirik:
Rəşad İbrahimov, 2004-cü ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər, Psixologiya və Politologiya fakültəsini bitirib. Harvard Biznes Məktəbinin maliyyə üzrə sertifikat proqramını uğurla tamamlayıb.
Peşəkar fəaliyyətinə 2004–cü ildə “Veysəloğlu MMC” də satış təmsilçisi qismində başlayıb. 2009-cu ildən etibarən “Veysəloğlu MMC” də müxtəlif şöbələrdə satış müdiri vəzifəsində çalışıb.
Rəşad İbrahimov “Araz Supermarket MMC” nin komandasına 2014-cü ildə qoşulub. Cənab İbrahimov fəaliyyətini bölgə müdiri, format müdiri kimi davam etdirib.
O, “Spar İnernational” ın müxtəlif ölkələrində pərakəndəçilik fəaliyyətlərinin öyrənilməsində, satış təlim və konfranslarında iştirak edib.
2019-cu ildən “Araz Supermarket MMC” nin Satış Əməliyyatları Departamentinin müdiri vəzifəsinə təyin edilib.
2020-ci ilin yanvar ayından etibarən “Araz Supermarket MMC” nin Satış Əməliyyatları Direktoru və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
2020-ci ilin dekabr ayından etibarən fəaliyyətini “Araz Supermarket MMC” nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri kimi davam etdirməkdədir.
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com