• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Türkiyə bu halda Ukraynaya hərbçi göndərə bilər – General açıqladı

10.09.2025 - 22:26
A A
0
SHARES
0
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Türkiyənin regional və beynəlxalq təhlükəsizlik məsələlərində rolu son dövrlərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu ölkənin həm regional münaqişələrdə vasitəçi kimi çıxış etməsi, həm də müxtəlif hərbi-siyasi təşəbbüslərdə iştirak etməsi onun beynəlxalq gündəmdə daha fəal mövqe tutduğunu göstərir.

 

Xüsusilə, Rusiya–Ukrayna müharibəsi fonunda aparılan diplomatik danışıqlar və Avropanın əsas oyunçuları ilə intensiv təmaslar Türkiyənin fəaliyyətini təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş beynəlxalq siyasi müstəvidə qiymətləndirməyə imkan yaradır.

 

Bu yaxınlarda Türkiyənin Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirdiyi barədə müəyyən fikirlər səslənməkdədir. Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz mətbuat.az-a bildirib ki, Türkiyənin Rusiya–Ukrayna müharibəsində atəşkəs elan edilmədən Rusiya və Ukrayna tərəfindən həmin bölgəyə hərbi qüvvə göndərməsi qəbul edilə bilməz:

 

“Netanyahunun iddiaları əssasızdır” -

 

“Mən də bunu çox mümkün hesab etmirəm, çünki Türkiyənin Rusiya ilə mövcud əlaqələri nəzərə alındıqda, təbii ki, Türkiyə sülhə töhfə vermək istəyir. Orada insan ölümlərinin, əsgər itkilərinin tezliklə dayanmasını istəyir. Amma Türkiyə bu işi görərkən münaqişənin bir tərəfi halına gəlməməlidir. Müharibə başlayandan indiyədək Türkiyə heç bir formada tərəf olmayıb, əksinə, məsələyə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri çərçivəsində yanaşıb və buna görə dəfələrlə sülh danışıqları üçün ev sahibliyi edib. Hətta əsir mübadiləsi də daxil olmaqla bir sıra mövzularda vasitəçilik rolu oynayıb. Bu funksiyanı davam etdirə bilməsi üçün Türkiyənin tərəf olmaması lazımdır. Bunun üçün əvvəlcə atəşkəs razılaşmasının əldə olunması vacibdir”.

 

 

Yücel Karauz qeyd edib ki, yalnız Rusiya və Ukrayna Türkiyəyə sülhməramlı qüvvə göndərilməsi üçün rəsmi müraciət etdikləri halda, Türkiyə bu addımı ata bilər:

 

 

“Belə bir vəziyyət yarandıqda, Türkiyənin keçmiş illərdə beynəlxalq sülhə verdiyi töhfələr – Kosova, Bosniya və Herseqovinada olduğu kimi – tərəfsiz mövqeyi və obyektiv yanaşması səbəbindən uğurlu nəticələr vermişdir. Bu təcrübə Ukraynada da müsbət nəticə verə bilər. Türk əsgərinin bütün təmas xətti boyunca yerləşdirilməsi mümkün olmasa da, iştirak etdiyi bölgələrdə sülhün və sabitliyin bərpasına əhəmiyyətli töhfə verəcəyi şübhəsizdir. Bununla yanaşı, Türkiyə yalnız Ukraynanın və ya Avropanın tələbi ilə deyil, atəşkəsdən sonra hər iki tərəfin razılığı əsasında hərbi qüvvə yerləşdirməlidir”.

XƏBƏR LENTİ

Seçmə

Psixoloq Nəcibə Hüseynovadan MARAQLI VƏ FƏRQLİ AÇIQLAMA

12 Dekabr 2025
37
Siyasət

Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan dövlətinin hər bir sahəsində yaşayır

12 Dekabr 2025
12
Sağlamlıq

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

12 Dekabr 2025
34
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.