• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter alması tarixi zərurətdən doğur

27.08.2024 - 12:39
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Xüsusilə son illər ölkəmizin Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Ölkələrin xarici siyasətlərində labüd olan hallardan biri də qarşılıqlı münasibətləri inkişaf etdirmək, baş verən qlobal təsirlərə qarşı birlikdə mübarizə aparmaqdır. Bu mənada son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.

Möhtərəm Prezident cənab İlham Əliyevin son bir neçə il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta Dəhlizin artan əhəmiyyəti günümüz reallığında dövlətimiz üçün geniş imkanlar vəd edir. Son illər ərzində cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturunun yaradılması ölkəmiz üçün bu gün geniş imkanlar açıb. Ölkə başçımızın avqustun 22-23-ü tarixlərində dost Özbəkistana növbəti dövlət səfəri bu baxımdan daha böyük əhəmiyyətə malikdir. Səfər zamanı səsləndirilən bəyanatlar, qəbul edilən qərarlar, ən əsası strateji tərəfdaşlıq haqqında imzalanmış müqavilə ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırmaqla, yaxın gələcəkdə regionun geosiyasi mənzərəsinin irəliyə doğru dəyişiləcəyinə əminlik yaratdı.

Cənab Prezidentin tarixi Özbəkistan səfəri çərçivəsində keçirilən Daşkənd görüşləri çoxtərəfli münasibətlərimizin bütün spektrinin ətraflı müzakirəsi, əsas istiqamətlər üzrə məruzələrin dinlənilməsi, böyük iqtisadi perspektivlər vəd edən sənədlərin imzalanması ilə yadda qaldı. Bu səfər, hər şeydən əvvəl, böyük imkanlarımızın olduğu ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlıqlarımıza daha geniş qapılar açdı. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də bu mütərəqqi addımın atılmasında başlıca amil kimi, ölkələri, xalqları bir araya gətirmək üçün siyasi iradənin mövcudluğunu diqqətə çəkdi. Azərbaycan lideri isə müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd olduğunu vurğuladı. Bu gün görünən odur ki, bir sıra dövlətlərin on illər ərzində əldə etdiyi nailiyyətə Azərbaycan və Özbəkistan dost, qardaş ölkələr olaraq ən qısa müddətdə nail olmaqla, əsl nümunə, etalon nümayiş etdirməkdədirlər.

Aynur Cəfərova;
Neftçala rayonu, həkim

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.