• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Türk Dövlətləri İqtisadi Forumu-2024” layihəsinin mətbuat konfransı keçirilib

14.03.2024 - 13:34
A A
0
SHARES
23
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, 13 mart tarixində ölkəmizdə ilk dəfə baş tutacaq “Türk Dövlətləri İqtisadi Forumu-2024” layihəsinin mətbuat konfransı keçirilib.

Konfransda 2-3 May tarixlərində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.

Konfransda çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klubları Asossasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və Azərbaycan Françayzinq Asossasiyasının (AFA) sədri Camid Mövsümov bildirib ki, forum bu iki qurumun birgə təşkilatçılığı ilə reallaşacaq.

15 ölkədən 100-dən çox investorun və ümumilikdə 1000-dən çox ziyarətçinin iştirakının nəzərdə tutulduğu tədbir yerli və xarici investorlar üçün böyük imkanlar yaradacaq.

Konfransın gedişatında verilən suala cavab olaraq bildirilib ki, forumda panel müzakirələrinə də yer ayrılacaq. “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək.  Hər bir paneldə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək.

KOBSKA sədri Nigar Ələsgərova sualları cavablandırarkən qeyd edib ki, Türk ölkələri arasında ilk belə layihə kimi keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk ölkələri arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.

AFA sədri Camid Mövsümov qeyd edib ki, investorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi forum növbəti mərhələdə daha 7 ölkədə təşkil olunacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlanan tədbir, Türk ölkələri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək.

Foruma Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də iştirakçıların qatılması da planlanır.

Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün ciddi addım kimi qiymətləndirilən bu forumun işıqlandırılmasında fəal olmağa, birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.

Xatırladaq ki, “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı beynəlxalq tədbir 2-3 may tarixlərində, Baku Marriott Hotel Boulevardda keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün : https://tcef.az

Bünyamin Çingizoğlu

Respublikainfo.com 

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.