• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Turanın qurulmasını labüd edən zamandır…

07.10.2025 - 20:36
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Bu gün Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün xüsusi əhəmiyyətə malik tərəflərinin olacağı artıq müşahidə olunmaqdadır.
TDT Baş katibi Ömüralıyevin Qəbələ sammitində “TDT+” formatının təsis ediləcəyi haqda məlumatı diqqətləri yetərincə çəkə bildi.
Mənim isə toxunmaq istədiyim mövzu başqadır.
İllərdir yazaraq, danışaraq deyirdik ki, Turana romantizmin qalığı kimi baxmaq siyasətdən xəbərsiz olmaqdır.
Cəmiyyətimizə doğru mesajlar ötürməliyik.
Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizmin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, “Biz birlikdə güclüyük” praktik ideyasından doğan vacib nəticədir.
Turan etniküstü, hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir.
Turanın qurulmasını labüd edən zamandır.
Yəni, bu dövlətlərdə dövlət başçısının dəyişməsi Turana gedən yolları qapatmayacaq.
TDT-nin inkişafı artıq təkcə mədəni romantizm deyil, birbaşa geosiyasi zərurətin nəticəsinə çevrilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,Özbəkistan və Türkmənistan kimi dövlətlər Qərb–Çin–Rusiya arasında sıxışmış bir coğrafiyada iqtisadi və təhlükəsizlik baxımından bir-birinə arxalanmaq məcburiyyətindədirlər.
Buna görə inteqrasiya artıq ritorikadan çox, infrastruktur və enerji yönümlü real layihələrlə irəliləyir: Orta Dəhliz nəqliyyat marşrutu, Bakı–Tiflis–Qars xətti, Xəzər üzərindən təbii qaz layihələri və s.
Lakin bu dinamikanın xalqlarda eyni səviyyədə qarşılıq tapmaması diqqət çəkir. Xalqların gündəliyində sosial rifah və gündəlik yaşayış var, dövlətlərin gündəliyində isə geosiyasi risklər və təhlükəsizlik. Bu uyğunsuzluq Turan ideyasının kütlələr tərəfindən coşqu ilə mənimsənilməsini məhdudlaşdırır.
Qarşıdakı 2-3 il ərzində TDT mədəni birlik arzusu mərhələsini keçərək, müdafiə sənayesi əməkdaşlığı, enerji inteqrasiyası və rəqəmsal dəhlizlər üzərindən daha praqmatik bir quruma çevriləcək.
Bu prosesi xalqların milliyyətçi duyğuları deyil, dövlətlərin geosiyasi hesabları və iqtisadi məcburiyyətləri sürətləndirəcək.
Lakin biz çalışmalıyıq ki, bu həm də xalqların dəstəklədiyi bir prosesə çevrilsin. Milli şüur olmadan, milli ideoloji ruhda siyasi tərbiyə almayan cəmiyyətlər demokratik hərəkat baxımından da məğlubiyyətə məhkumdur. 
ANAR ƏSƏDLİ

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.