• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

“Taxıl əkinlərində sarı pas xəstəliyinə və alaq otlarına qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib…

26.04.2024 - 18:34
A A
0
SHARES
11
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə ƏETİ-nin nəzdində fəaliyyət göstərən Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Taxıl əkinlərində sarı pas xəstəliyinə və alaq otlarına qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd taxıl əkinlərində yüksək məhsul əldə edilməsi baxımından sarı pas xəstəliyinə davamlı və əsasən yerli şəraitə uyğunlaşmış sortların əkilməsinin, müvafiq aqrotexniki tədbirlərin (növbəli əkin sisteminin tətbiqi, alaqlara qarşı mübarizə və s.) tətbiqinin və kimyəvi üsullarla (fungisid və herbisidlərin istifadəsi) mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyinin diqqətə çatdırılması olub.

Tarla seminarında aktual mövzu ilə bağlı KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, AXA-nin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, ƏETİ-nin direktoru Faiq Xudayev, AzərŞəkər MMC-nin kənd təsərrüfatı üzrə direktoru Seymur Səfərli, Tərtər DAİM-in direktoru Mehman Babayev və Tərtər BTS-in direktoru Rəşad Familzadə ətraflı məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxışlar zamanı istehsalçılara qabaqlayıcı tədbirlərin (profilaktiki) aparılması və xəstəlik simptomlarının ilkin müşahidəsi zamanı (kütləvi yayılma hallarının qarşısını almaq məqsədi ilə) kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunub.

Tədbirdə KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin, Əkinçilik ET İnstitutunun, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri, Tərtər BTS-in əməkdaşları, ərzaqlıq buğda istehsalı ilə məşğul olan özəl sektorun, aidiyyəti qurumların nümayəndələri, bölgə fermerləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri də iştirak ediblər.

Seminarın yekununda Bölgə Təcrübə Stansiyasında buğda və arpa bitkilərinin sort və sortnümunələrinin seleksiya, nümayiş və təcrübə əkinlərinə baxış keçirilib, mütəxəssis və istehsalçılarla müzakirələr aparılıb.

Baş redaktor : Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.