Respublikainfo.com Media Qrup xəbər verir ki, 21.06.2024-ci il tarixində vəkilliyə namizədlərin təntənəli and içmə mərasimi keçirilib.
İmtahanlardan uğurla keçən vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib. Daha sonra yeni vəkillərə döş nişanı və vəkil vəsiqələri təqdim edilib.
Onların sırasında dəyərli ziyalımız Esmira Rzayevada var idi. Vəkillərin andiçmə mərasimində yeni seçilmiş vəkillərdən ilk vəkil nitqi məhz Esmira Rzayevaya verilib. Həmçinin Esmira xanım öz nitqində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Rəyasət heyətinə öz dərin təşəkkürünü bildirib. Bununla bərabər həm də Esmira Rzayeva vəkillik imtahanından uğurla keçən vəkilləri təbrik edərək onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Esmira Rzayeva “Güvən” Vəkil Bürosuna vəkil olaraq təyinat alıb. Esmira Rzayeva bundan sonra vəkil olaraq fəaliyyətini sözügedən vəkil bürosunda davam etdirəcəkdir.
Xatırladaq ki, Esmira Rzayeva ADPU-nun tarix fakültəsini və ABU-nun hüquq fakültəsini bitirib. Hal-hazırda Bakı şəhər Xalid Quliyev adına 62 saylı məktəb-liseydə tarix müəllimi kimi çalışır. “Advocate Alliance Hqquq Şirkəti” MMC-nin direktorudur.
Bir sıra televiziya verilişlərinin hüquq ekspertidir. Ailəlidir, 2 övladı var.
Əzizimiz Esmira xanım! Respublikainfo.com Media Qrupunun təsisçisi və baş direktoru Bünyamin Bünyadzadə və saytımızın kollektivi adından sizi ürəkdən təbrik edir və sizə bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə bol-bol uğurlar arzu edirik!
HÖRMƏTLƏ: Respublikainfo.com
Media Qrupun baş redaktoru:
Bünyamin Bünyadzadə…
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com