• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Taksi operatorlarına Hava limanından sərnişin götürməyə ancaq bu şərtlərlə icazə verəcəklər

10.09.2025 - 13:58
A A
0
SHARES
0
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Son günlər Hava limanı istiqamətində taksi ilə sərnişindaşımada yalnız dövlətə məxsus “Bakı taksi xidməti” şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi məlumatında deyilir ki, bu, sərnişinlərin rahatlığı üçün verilmiş qərardır:

“Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar”.

Qurumdan bildirilib ki, bu, bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir.

“Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq. Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir”, – deyə açıqlamada qeyd olunub.

Referans.az  xəbər verir ki, ekspert Musavat.com-a açıqlamasında bildirib ki, şəhərdən Hava limanı istiqamətində bütün taksilər gedə biləcək, geridönüşdə isə bütün taksi operatorları Hava limanından sərnişinləri götürə biləcəklər, sadəcə müəyyən şərtlər var:

“Cəriməsi olmayan, şirkət tərəfindən bloklanmayan, şikayətləri olmayan, xarici dil bilən, avtomobili daim saz vəziyyətdə olan, POS-terminalı olan (istər yerli, istərsə də xarici vətəndaşın nağd pulu olmaya bilər) sürücülər xidmət göstərə biləcəklər. Bu sadə tələblərə cavab verən taksilər Hava limanından sərnişin daşıya biləcəklər. Əslində bu tələblər 2019-cu ildə Nazirlər Kabinetinin taksi xidməti ilə bağlı qəbul etdiyi 73 saylı qərarda göstərilib”.

“Düşünürəm ki, Aeroportdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur. Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər “Rəqabət Məcəlləsi”nin tələblərinə ziddir. Ümid edirəm, Hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları “Antiinhisar”ın diqqətini cəlb edəcək”.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.