• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəltdi

20.06.2023 - 15:52
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan və türk xalqlarının dostluq və qardaşlıq əlaqələri tarixi köklərə bağlıdır. Son 20 ildə cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə rəhbərliyi dövründə Azərbaycan – Türkiyə əlaqələri yeni mərhələyə qədəm qoydu. 2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəltdi.

Türkiyədə keçirilən Prezident seçkilərində qalib gələn cənab Ərdoğan iyun ayının 13-də ilk beynəlxalq rəsmi səfərini Azərbaycana etməsi qardaşlıq əlaqələrimizin ən yüksək səviyyədə olmasının sübutudur. Prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan səfərlə əlaqədar bəyanatla çıxış etdilər. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr inkişaf etdirilir, hər iki dövlət siyasi sahədə vahid mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyə arasında mövcud müttəfiqlik əlaqələri bölgədə sülhə, əmin-amanlığa, sabitliyə böyük töhfə verir. Ölkələrimiz arasında müdafiə və müdafiə sənayesi sahələrində də sıx əlaqələr qurulmuşdur. Azərbaycan Ordusu Türkiyə modeli əsasında formalaşdırılır və bundan sonra da ordumuz bu istiqamətdə inkişaf etdiriləcək. Ölkərimizin orduları arasında keçirilən birgə hərbi təlimlərin sayı hər il artırılır.

Prezident cənab İlham Əliyev çıxışında bir daha dünyada beynəlxalq hüququn işləmədiyini və güc amilinin önə çıxdığını vurğuladı. Azərbaycanın Ermənistanla illərlə apardığı danışıqların, görüşlərin heç bir nəticəsi olmadı və sonda Azərbaycan güc yolu ilə torpaqlarımızı işğaldan azad etdi və ədaləti bərpa etdi.
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi də hər il sürətlə artmaqdadır. Azərbaycan qardaş ölkəyə təbii qaz ixracını hər il artırır və gələcək illərdə də bu artım davam etdiriləcək. Eyni zamanda Azərbaycanda hasil olunan neft, neft – kimya məhsulları, eləcə də təbii qaz Türkiyə vasitəsilə Avropaya ixrac olunur. Hər iki ölkə liderləri Zəngəzur dəhlizinin açılmasının çox vacib olduğunu vurğuladılar. Zəngəzur dəhlizinin açılması pegion dövlətləri ilə yanaşı bütün ölkələr üçün iqtisadi cəhətdən çox səmərəli bir marşrutdur.

Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda birgə universitetin açılması da yaxın vaxtlarda reallaşacaq. Cənab Rəcəb Tayyib Ərdoğan çıxışında ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin dünya tərəfindən qibtə ilə qarşılandığını vurğuladı. Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılacağı barədə cənab Ərdoğanın fikirləri Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj idi. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin dostluq və qardaşlığını əbədi etməklə yanaşı hər iki dövlətin daha da güclənməsinə böyük təkan verir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

RESPUBLİKAİNFO.COM

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.