• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
08 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Süd vəzi xərçəngi ilə mübarizə ayı ilə bağlı aksiya keçirilib

08.10.2024 - 16:42
A A
0
SHARES
122
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin təşkilatçılığı və Bakı Sağlamlıq Mərkəzi nəzdində fəaliyyət göstərən Bakı Süd Vəzi Mərkəzinin təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsinin 17 nömrəli şəhər poliklinikasında maarifləndirici aksiya keçirilib.

Təşkilatın rəhbəri Leyla Həsənovanın verdiyi məlumata görə, oktyabr Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı olduğu üçün belə bir mühüm tədbirin keçirilməsinə qərar verilib. Aksiyada Bakı Sağlamlıq Mərkəzinin nəzdində olan  Süd Vəzi Mərkəzinin həkimləri Tibb üzrə fəlsəfə doktoru, mammoloq-onkoloq Kəmalə Əliyeva, Dr. mammoloq-onkoloq Mehriban Rüstəmzadə iştirak ediblər.

Qeyd edilib ki, həkimlər konsultasiyaya gələn qadınlara əvvəlcə süd vəzi xərçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodları barədə maarifləndirici söhbətlər aparıblar. Daha sonra Türkan sakinləri Ultrasəs müayinələrdən (USM) keçiblər: “42 xanım müayinə edildi. Onlardan 26-sı yaşları 40 və üstü olduqları üçün Bakı Sağlamlıq Mərkəzinə Mammoqrafiya müayinəsi üçün dəvət olunub. Qeyd edək ki 40 yaş üstü xanımlar heç bir şikayətləri olmasa belə ildə 1 dəfə mütləq Mammoqrafiyadan keçməlidirlər. 2 xanımda təəssüf ki süd vəzi xərçəngi aşkarlanıb. Bir neçə xanımda xoşxassəli fibroadenomalar müəyyən edildi. Ümumilikdə bütün şübhəli durumlar aşkar olan xanımlar detallı müayinə üçün Bakı Sağlamlıq Mərkəzinə dəvət edilib orda da aksiya çərçivəsində əlavə müayinələrdən keçməli olduqları ətraflı izah edildi.”- məlumatda qeyd edilib.

Həkimlər xəstələrə və ümumilikdə müayinədən keçənlərə məsləhətlət veriblər. Süd vəzi xərçəngi ilə mübarizə ayında keçirilən bu təbdir xüsusi əhəmiyyətə malikdir. Qeyd edilib ki, əsas məqsədi qadınlara, Türkan sakinlərinə süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat verməkdir. Həkimlərin xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyi ilə bağlı maarifləndirici məsləhətlərə isə xüsusi yer ayrılıb. Çünki müayinə nə qədər vacibdirsə, xanımların bu istiqamətdə maariflənməsi də bir o qədər əhəmiyyətlidir. Bu ağır xəstəliklə mübarizədə erkən diaqnostikanın önəmi də önə çəkilib.

Respublikainfo.com

Baş redaktor : Bünyamin Bünyadzadə 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.