• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Suça sürklənmək suçdan azad etmir, lakin unutmayaq suça sürüklənmək də Suçdur…

19.01.2025 - 16:19
A A
0
SHARES
28
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu ANAR ƏSƏDLİNİN YAZISINI TƏQDİM EDİR:

 

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki fidan balamızın faciəsi ilə yanaşı, cəmiyyətimizdə başqa ağır və qorxulu durumun olduğunu da bir daha üzə çıxartdı. Cəmiyyəti bürümüş aqressiya gündən günə güclənir. Səbəbi isə xalqı illərdir qanunsuzluqlar qarşısında susqunluğa məcbur etməkdir.

İnkişaf etmiş toplumlar ölkələrinin gələcəyini siyasi cəhətdən obyektiv şəkildə sorğulayar və reaksiya verər. Toplum səssizsə xoşbəxt ola bilməz. Bunu anlamaq lazımdır. 30 il bir dövlət üçün böyük yaş deyil, ancaq bu günə qədər yetişən nəsil artıq təfəkküründəki boşluqlarla formalaşır.

Zaman dayanmır, yeni nəsil gəlir.

Yeni nəslin alt şüuruna hər şeyə güc sayəsində nail olmaq yerləşib. Və bu zərərli düşüncənin toxumlarını mövcud hakimiyyət səpib.

Vətəndaşlara yaradılan qeyri-bərabər imkanlar cəmiyyətdəki balansı pozur. Balansı pozulmuş cəmiyyət isə yeni yaranan dövlət üçün yaxşı zəmin deyil.

Bizim cəmiyyətdə təhqir olunan şəxs məhkəməyə müraciət etmək əvəzinə, yumruğunu (baltasını) işə salır. Çünki onun şüurunda dövlətçilik təfəkkürü yoxdur.

Şəxsiyyəti təhqir olunmuş insanlar dövlətin məhkəmələrinə müraciət etməyin lazımlığını başa düşmürlər. Başa düşmürlər ki, dövlət onların bütün hüquqlarını, həyatını qoruyan bir qurumdur.

Bəs yaxşı, niyə başa düşmürlər? Və ya sualı başqa cür qoyaq: başa düşülməməyin günahkarları kimdir?

Hamımız! Məhkəmə sistemini rüşvətlə idarə edənlər, bu sistemə güvən yarada bilməyən hakimiyyət, susan ziyalı, biganə qalan xalq!

On illərdir davam edən ədalətsizliklər qarşısında insanların içində yığılıb qalmış qəzəblərini belə ağır bir faciə zamanı ifadə etmələrini “xuliqanlıq” adlandırmaq, yanğının üzərinə benzinlə getməkdir.

Aqressiya heç bir zaman cəmiyyətlərə yaxşı heç nə verə bilməz. Hər zaman bütün münasibətlər sistemində bunun əleyhinə olmuşam. Amma bunu yaradan səbəbləri də görməzdən gəlmək və görə bilməmək idarəetmənin günahıdır.

Suça sürklənmək suçdan azad etmir, lakin unutmayaq suça sürüklənmək də Suçdur…

Siz öncə, bir toplumun, bir xalqın alt şüurunda dövlətçilik təfəkkürünün oturuşmasını təmin edin, sonra gerçək xuliqanlıqdan danışın.

Vətəndaşa o fikri aşılamısınız ki, bu ölkədə yaşamaq üçün mütləq halda güc olmalısan.

Vətəndaşın şüurunda mütləq DÖVLƏT anlayışının təməli atılmalıdır. O bilməlidir ki, dövlət vətəndən daha üstün anlayışdır. Bilməlidir ki, dövlətin əsas məqsədi insana xidmət etməkdir. Bilməlidir ki, dövlətin də, insanın da hüquq xaricindəki hər yolu fəlakətdir, faciədir.

Ən əsası isə Nifrəti və Qəzəbi olan toplum İran və Rusiya kimi qonşusu olan ölkənin Dövlətinə iki qat təhlükədir.

Çıxış yolu isə VƏTƏNDAŞA xidmət edən dövləti qura bilməyin yollarını öyrənməkdir. Bu yolda isə məsuliyyət həm hakimiyyətin, həm siyasi institutların, həm aydınların, həm də Vətəndaşın üzərindədir.

Aydınların məsuliyyəti və cavabdehliyi susmamaq, danışmaq, danışmaq və yenə danışmaqdır. Hətta yeri gələndə, fəryad etməkdir…

Vətəndaşın məsuliyyətində isə iki vacib və sadə məsələ var: Siyasi aktivlik və qanunsuzluqlarla barışmamaq.

Hədəfimiz, amalımız Hüquqi Dövlət!

Allah hər iki balamıza rəhmət eləsin, məkanları cənnət olsun!

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.