• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Stress səviyyəsini azaldan musiqilər…

13.04.2024 - 12:34
A A
0
SHARES
34
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Respublikainfo.com Medicina.az saytına istinadən xəbər verir ki,  rəqəmsal sağlamlıq platforması tərəfindən insanların musiqi seçimləri ilə bağlı aparılan araşdırma, hansı musiqi növlərinin stressi azaltdığını üzə çıxarıb.
 
Tədqiqatçılar “Spotify”da pleylistlərə əlavə edilən həkim ofisi və ya stomatoloqun kabinetinin gözləmə otağı terminlərinin daxil olduğu 59 363 mahnını təhlil ediblər. Bundan əlavə, 1002 amerikalının musiqi seçimləri və sağlamlıq vərdişləri ilə bağlı sorğu keçirilib.
İştirakçılardan həkim otağında hansı musiqi növlərini daha çox rahatlaşdıran və stresli hesab etdikləri, eləcə də tibbi şəraitdə hansı musiqi növlərini daha çox eşitdikləri soruşulub. Onlardan, həmçinin pleylistlərindəki mahnıları bir-bir göstərmələri və gözləmə zalında eşitmək istədikləri mahnıları seçmələri xahiş olunub.
“Don’t Stop Believin'” mahnısı birinci, Nelly Furtadonun “I’m Like A Bird” və TOTO-nun “Africa” mahnısı ikinci yerdə qərarlaşıb.
Sorğuda iştirak edənlərin yarısı (təxminən 500 nəfər) gözləmə zalında dinləmək üçün ən yaxşı musiqi növünün klassik musiqi olduğunu bildirib.
Klassik musiqi həkim otağında ağrı ilə ən çox əlaqəli janr, kantri musiqisi isə narahatlıqla ən çox əlaqəli janr olub. Caz musiqisi ən qısa gözləmə müddətləri ilə, kantri musiqisi isə ən uzun gözləmə müddətləri ilə əlaqələndirilib.
Metal, hip-hop/rap və gospel insanların stresli mühitdə ən az eşitmək istədikləri janrlar olaraq müəyyənləşib.
2015-ci ildə “Lancet”də nəşr olunan başqa bir araşdırma əməliyyatdan əvvəl, əməliyyat zamanı və ya əməliyyatdan sonra musiqi dinləyən təxminən 7000 xəstəni əhatə edən 72 tədqiqatın nəticələrini araşdırıb.
Brunel Universiteti və London Kraliça Meri Universitetinin tədqiqatçıları öz nəticələrində musiqi dinləyən xəstələrin əməliyyatdan sonra daha az narahat olduqlarını və daha az ağrıkəsici dərmana ehtiyac duyduqlarını aşkar ediblər.
Əməliyyatdan əvvəl sevimli mahnılarını dinləyənlərə musiqinin təsiri daha çox olsa da, əməliyyatdan sonra da bu üsul işə yarayıb. Bəzi insanlar yalnız əməliyyat zamanı musiqi çalınsa belə, əməliyyatdan sonra daha az ağrı hiss ediblər.

Baş redaktor: Bünyamin Çingizoğlu

Respublikainfo.com

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.