Yelkənsiz bir gəmi, ruhsuz bir bədən,
Budur azadlığa yabançı bir millət.
Azadlıq hər kəsin əzəl naxşıdır,
Məhkum bir millətdən qatır yaxşıdır.
Azərbaycan poeziyasının nəhənglərindən olan Mikayıl Müşfiq…
Stalin repressiyalarının qurbanı olan nakam taleli Müşfiq…
Müsavat təşkilatı ilə əlaqə saxlamaqda, millətçilikdə təqsirli bilinərək həbs olunan və həbsdə olduğu müddətdə olmazın işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları çıxarılan, siçovullarla dolu quyuda saxlanılan Müşfiqdən heç kimin əleyhinə ifadə almaq mümkün olmayıb.
Azərbaycan Aydınlarının repressiyaya məruz qalıb, başlarının kəsilməsinin kökündə bolşevik Rusiyasının ölkəmizə qarşı olan imperialist siyasəti dayanırdı. Cümhuriyyətin bolşeviklər tərəfindən istilasından 17 il sonra bu repressiyanın başlanması bir daha isbat edirdi ki, Azərbaycan Türklərinin Müstəqillik, Azadlıq və Cümhuriyyət fikri ölməmişdir və hər zaman yaşayacaqdır.
Sevgili Gənclər, oxuduqca öyrənəcəksiniz ki, bizim Milli Şüurun daşıyıcıları olan intellektual nəslimizi bolşevik Rusiyası necə məhv edib.
Biz nələr itirmişik, nələr…
Anım günlərində bu paylaşımları edirik ki,
araşdırıb nə qədər çox oxusanız,
tariximizi nə qədər yaxşı bilsəniz bir o qədər yaxşı vətəndaş olacaqsınız. Başqa yol yoxdur!
Ölməz Müşfiqi böyük sevgi və sayğı ilə yad edirəm!
ANAR ƏSƏDLİ