Respublikainfo.com dünyaca məşhur SARO Çayları haqqında növbəti məlumatı media vasitəsilə təqdim edir:
SARO — SEYLONDA istehsal edilən və dünyanın dörd tərəfinə ixrac edilən çay markasıdır.
SARO Çay |
Yaranma tarixi |
1961 |
Məhsulu |
Seylon Çayı |
Sayt |
saro.az |
Saro çaylarının tarixi
Təməli 1961 -ci ildə qoyulan SARO Çay markasının mərkəzi Şri-Lankanın (Seylon) Anqoda şəhərində yerləşməkdədir. Dünyanın 4 tərəfinə və 15-dən çox ölkəsinə ixracat etməkdədir. Ana şirkəti Şri-Lankanın 3 ən böyük çay istehsalçılarından biridir. İldə ən az iki milyon ton satışı vardır. Azərbaycanda 1993 – 1999 – cu illər arasında çox məşhur olub.
Müəyyən müddət bazarda görünməsə də 2018 – ci ildə yenidən Azərbaycana idxal edilib və satışı gerçəkləşib. Çox qısa bir müddətdə ölkəmizdə yenidən məşhurluq qazanıb.
SARO Çayları 2000 çay növündən özəl olaraq seçilib. Növləri: F.B.O.P.F1 (sadə), F.B.O.P.F1 (Berqamot ətrli Earl Grey), PEKOE, OPA, OP (Eksklüziv Rezerv), Yaşıl Çayı və Eksklüziv Bəyaz Çay adlanan digərlərindən daha baha olan çay qutuları mövcuddur.
Qutuların Rəngləri
SARO Çayları qutularının kənarlarında yerləşən Non-GMO işarəsi ilə məşhurdur və GMO-dan qaçınmaq üçün Qeyri-GMO Layihəsinin Standartına cavab verir.
- Çəhrayı rəngli — F.B.O.P.F1 Earl Grey
- Qara rəngli — F.B.O.P.F1
- Sarı rəngli — PEKOE
- Qırmızı rəngli — OPA
- Qızılı rəngli — OP (Eksklüziv Rezerv)
- Yaşıl rəngli — Xüsusi Yaşıl Çay
- Bəyaz rəngli — Eksklüziv Bəyaz Çay
Şri-Lankada çayçılıq
Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada “Seylon çayı “brendi altında qara, yaşıl və bəyaz Seylon çayları istehsal edilir. Şri-Lankada 7 regionda çay plantasiyaları yerləşməkdədir.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com