• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Son hadisələr məktəb adına ləkədir” – Aynur Musayeva…

26.01.2024 - 2:25
A A
0
SHARES
11
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Son günlər Gəncədə 11-ci sinif şagirdinin məktəbin qarşısında həmyaşıdı olan digər məktəbli tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi və paytaxt məktəblərinin birində 2-ci sinif şagirdinin 7-ci sinif şagirdləri tərəfindən cinsi-seksual hərəkətlərə məruz qalması məktəblərdə nəzarətin gücləndirilməsini tələb edir. Bu kimi acınacaqlı hadisələrin baş verməməsi üçün valideyn-məktəb əlaqələri intensivləşməli, uşaqlar arasında ciddi təlim-tərbiyə işləri aparılmalıdır. Məktəblərdə uşaqlar üçün təhlükəsiz mühit təmin edilməlidir.

Respublikainfo.com xəbər verir ki, bu barədə BAKU.NEWS-a Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva məlumat verib.

Onun sözlərinə görə, uşaqlara qarşı istənilən zorakılıq halı qəbuledilməzdir və acınacaqlı, faciəli nəticələrə gətirib çıxaran səbəblər təcili olaraq aradan qaldırılmalıdır. 11-ci sinif şagirdinin həyatına son qoyan mənasız zorakılığı və 2-ci sinif şagirdinə qarşı dəhşətli cinsi təcavüz hadisəsini Uşaq İnkişaf Mərkəzi olaraq qətiyyətlə pisləyirik. Baş verən son hadisələr məktəb adına ləkədir. Təhsil məbədi olan, öyrənmək üçün üz tutulan hər bir məktəb şagirdlərini və öz nüfuzunu qorumalıdır. Dərs vaxtı şagirdlərin təhlükəsizliyinə cavabdehlik məhz məktəblərin üzərində olduğundan, məktəb rəhbərliyi, müvafiq qurumlar bunu təmin etməyə borcludur.

Amma bütün bunlar heç də valideynləri məsuliyyətdən azad etmir. Valideynlər uşaqlarla ciddi şəkildə məşğul olmalı, təlim-tərbiyələrinə daha çox vaxt ayırmalı, onları zorakılıqdan çəkindirməlidirlər. Heç nə uşaqların, yeniyetmələrin həyatından, sağlamlığından, psixoloji durumundan önəmli deyil. Təcrübə də göstərir ki, təlim-tərbiyədə yol verilən ən xırda səhvlər acınacaqlı nəticələrə gətirib çıxarır.
Xüsusilə məktəblərdə baş verən xoşagəlməz hadisələrin kökündə smart telefonların, internetin, sosial şəbəkələrin mənfi təsirləri də özünü göstərir. Uşaqların yaşlarına uyğun olmayan qeyri-əxlaqi videoları izləməsi, zorakılığı əks etdirən oyunlar oynaması, filmlərə baxması təbii ki, uşaq psixologiyasına mənfi təsir göstərir, onları zərərli istiqamətlərə yönəldir. Nəticədə təhsil ocaqları ağlasığmaz hərəkətlərlə, hadisələrlə ləkələnirlər.

Məktəblərimizin təhlükəsizlik və tərbiyə sığınacağı olmasını təmin etmək bizim hər birimizin – valideynlərin, müəllimlərin, müvafiq qurumların və ümumilikdə bütün vətəndaşların borcudur. Biz məktəblərimizdə empatiya, hörmət və xeyirxahlıq mədəniyyətini aşılamalıyıq. Uşaqların hər hansı narahatlıqları bildirməkdə özlərini təhlükəsiz hiss etdikləri və tez bir zamanda müvafiq tədbirlərin görüldüyü bir mühit yaratmağımız vacibdir. Burada məktəb psixoloqlarının üzərinə ciddi iş düşür. Məktəblərdə psixoloqların sayı artırılmalı və uşaqlarla təmasları gücləndirilməlidir. Psixoloqlar şagirdlərlə sıx ünsiyyət qurmalıdır, onlara məktəbdə özlərini təhlükəsiz hiss etmək hüquqlarının olduğu izah edilməlidir. Bildirilməldir ki, əgər onları narahat edən hər hansı bir hadisə ilə qarşılaşsalar və ya bunun şahidi olsalar, bunu psixoloqa, məktəb rəhbərliyinə, valideynlərinə deməkdən çəkinməsinlər.

“Mən valideynlərə səslənirəm: Övladlarınızla açıq söhbət edin. Yalnız güclü ünsiyyət xətlərini inkişaf etdirməklə uşaqlarınızı daha yaxşı qoruya bilərsiniz. Uşaq İnkişaf Mərkəzinin rəhbəri kimi məktəblər, valideynlər və hüquq-mühafizə orqanlarını uşaqların təhlükəsizliyini təmin edəcək profilaktik tədbirləri və dəstək sistemlərini həyata keçirmək üçün daha yaxından işləməyə dəvət edirəm. Məktəblərdə mütəmadi monitorinqlər keçirilməli, insidentlərin qarşısını almaq üçün effektiv təhlükəsizlik tədbirləri görülməlidir. Məktəblərdə təhlükəsizlik kameralarının sayı artırılmalı, şagirdlərin smart telefon işlətməsinin, üzərlərində kəsici-deşici vasitələr daşımasının qarşısı alınmalıdır. Bu tədbirlərin həyata keçirilməsi məktəblərdə şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasına töhfə verə bilər. Uşaqları qoruyun”, deyə A.Musayeva bildirib.

Baş redaktor : Bünyamin Bünyadzadə 

RESPUBLİKAİNFO.COM 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.