“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizəd olaraq Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən olan şəhid ailələrini və veteranları ziyarət etdim”.
Respublikainfo.com Media Qrupu xəbər verir ki, bu barədə millət vəkilliyinə namizəd Göydəniz Qəhrəmanov öz sosial şəbəkə hesabında paylaşım edib.
Daha sonra o qeyd edib ki, görüş çərçivəsində başladığım bu vacib və məsuliyyətli yolda onların xeyir-duasını aldım, çətinliklərini, problem və istəklərini dinlədim. Mənim üçün cəmiyyətimizin qüruru, eyni zamanda həssas təbəqəsi olaraq şəhid ailələrinə və veteranlara diqqət və qayğının platformamda yer alan ən öndə duran məsələlərdən biri olduğunu vurğuladım, səlahiyyətlərim çərçivəsində gələcək fəaliyyətimdə göstərdiyim dəstəyi davam etdirəcəyimi bildirdim.
#GöydənizQəhrəmanov #SizinSəsinizSizinTəmsilçiniz #17SaylıYasamalÜçüncüSeçkiDairəsi #ParlamentSeçkiləri
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com