Respublikainfo.com Media Qrupu deputatlığa namizəd Şahin Sərdarlının sosial şəbəkə hesabında seçicilərə müraciətini təqdim edir:
“Ötən gün nümayəndələr, vəkillər və könüllülərimizlə birgə Şəhriyar qəsəbəsindən olan seçicilərlə görüşdük.
İlk olaraq şəhid və qazi ailələrinin təqdim olunmuş 36 mənzildə şəhid anaları ilə görüşdük, onların xeyir-duasını aldıq.
Daha sonra qəsəbə sakinləri ilə görüşdük, ağsaqqallarının, kənd sakinlərinin xeyir-duasını aldıq, seçicilərin təklif və tövsiyələrini dinlədik.
Sakinləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət etdik”.
Dəstəyə və inama görə minnətdarıq!
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com