• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Sabah Türk xalqlarının tarixində ilk Cümhuriyyətin elan edildiyi gündür…

27.05.2024 - 20:14
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Evet, gönüllər coşdu bir sevincin gücüylə
İstiqlal sevinciylə, istiqlal sevinciylə…
İstiqlal – o, yaşayan millətin qəlbində can,
İstiqlal – o, səadət, həyat, zəfər, şərəf, şan.

İstiqlal – o, sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal – o, vətənin göğsünden yüksələn ay.
İstiqlal – o, sümüktən, qandan yapılmış saray.

İstiqlal – o, millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?

Anaların saçından ördüğü bir bayrağı
Hansi erkek çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Əmin Abid Gültəkin
(1898-1938)

Bir neçə il öncə bir çağırışda bulundum ki, hər bir vətəndaşımız öz evində, kitabxanasında “28 May – Cümhuriyyət mütaliəsi” adlı köşə yaratsın. Həm özümüz, həm övladlarımız üçün cümhuriyyət tarixinə aid kitabları toplamalıyıq. Bu gələcək nəsillərə buraxa biləcəyimiz ən böyük mirasdır.

Məsələn yuxarıda paylaşdığım bu möhtəşəm şeiri və müəllifini nə qədər tanıyır insanlarımız??
Çox az…
Cümhuriyyət tariximizin çox səhifələri var ki, hələ vərəqlənməyib. Bax, Hilal Münşinin “Azərbaycan Cümhuriyyəti” kitabını oxuyanda anlaşılacaq ki, Nərimanovun Atatürkə pul göndərməsi heç də deyildiyi kimi, onun özünün müstəqil şəkildə etdiyi bir qardaş köməyi olmayıb. Təsəvvür edin ki, hökumətin devrilməsindən sonra Avropada köməksiz, kimsəsiz qalan, dövlətin köməyindən məhrum olan tələbələrə yardım üçün komissiya yaradır və ora adam göndərir ki, hökumət onlara yardım etsin və qarşılığında bizim tələbələrimiz bolşevizmi qəbul etsinlər və s. O dövrün şərtləri ilə Avropaya gedib-gəlmək bir il çəkirdi. Məmur qayıtdıqdan sonra dəstək qərarı çıxarılır, amma yardım edilmir, çünki Moskva icazə vermir…

Azərbaycandan mühacirətin kökündə çox zaman Rusiyanın ölkəmizə qarşı imperialist siyasəti dayanıb. Cümhuriyyətin bolşeviklər tərəfindən istilasından sonra bir mühacir hərəkatı yaranmışdısa, İkinci Dünya Savaşında SSRİ-nin əsir düşənləri düşmən hesab etməsi, Stalin xofunun mövcudluğu Vətənə dönə bilməməyin və 2-ci mühacirət dalğasının yaranması ilə nəticələndi. Belə mühacirlərdən olan Hilal Münşi Cümhuriyyət hökumətinin Avropaya təhsil almağa göndərdiyi 100 tələbədən biridir. Almaniyada təhsil alıb və bolşeviklər Cümhuriyyətimizi işğal edəndən sonra Vətənə qayıtmayıb, orada mühacir ədəbiyyatının ilk yaradıcılarından biri, Məhəmməd Əmin Rəsulzadənin dəstəyi ilə qurulan məşhur “Kurtuluş” dərgisinin rəhbəri olub. Almaniyada Azərbaycanın istiqlaliyyəti məqsədilə qurulan mərkəzə başqanlıq edib.

Hilal Münşinin bu kitabını mütləq oxuyun. Bu kitabı oxuduqca öyrənəcəksiniz ki, bizim beyin mərkəzi ola biləcək təhsilli, intellektual nəslimizi bolşevik Rusiyası necə məhv edib. Biz nələr itirmişik, nələr…

Bəzən insanlarımız deyirlər ki, çörəklə imtahana çəkildiyimiz bir vaxtda bizə etdiyin tövsiyələrə baxda. Bizim kitab oxumağa zamanımız var?
Biz ancaq ayaqda durmaq üçün çaba veririk. Bəli haqlısınız iqtisadi cəhətdən xalqın nə qədər ağır durumda olduğu ortada. Lakin çıxış yolu vətəndaşın öz əlindədir. Unutmayaq, çörək dediyimiz və ya çörək tapmaq problemi ölkə iqtisadiyyatının şözəcəyi sorundur. İqtisadiyyat isə elmdir. Yəni dediyim odur ki, elm və kitab hər ölkənin təməlində durur. O təməli ki, vətəndaş qoyur.

Nə qədər çox oxusaq, araşdırsaq, tariximizi nə qədər yaxşı bilsək, bir o qədər yaxşı vətəndaş olacağıq. Başqa yol yoxdur.

Cümhuriyyət bizim hər mənada xilasımızdır hətta bu gün belə yüksək siyasi təfəkkürə malik olnağın yolu tariximizdə kimlərin hansı rol aldığını müsbət və mənfi tərəfləri ilə görüb, buna görə mühakimə yürütməkdən keçir. Tariximizi çox dəqiq öyrənməyə çalışmalıyıq.

Bax, belə dostlar, oxuyub-öyrəndiyimiz zaman bizə heç kim bata bilməz…

Qısacası oxuyun.

Cümhuriyyət Bayramımız Qutlu olsun!

MÜƏLLİF : ANAR ƏSƏDLİ 

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.