Cümhuriyyətin yüzüncü ili
Əsil ataların hür övladları
Gəzir öz topaqlarında özgür !
Qürurdan, sevincdən qabarır könül !
Savaşlar verildi bu vətən üçün !
Qanlar töküldü bu torpaq üçün!
Yüksəldi göylərə türkün bayrağı!
Səs saldı dünyaya türkün zəfəri!
Al qan içində parladı Günəş!
Al qan içində parladı Günəş!
Baxıb səmalara salam söyləyin,
Atamız seyr edər qürurla bizi.
Açdığı yollarla izindən gedin!
Bu şanlı bayraqla başı dik gəzin !
Bu qutsal özgürlük əbədi Günəş!
Cümhuriyyətimiz, daim sürəcək!
Düşmən qorxudan diz üstü çökər.
Dostlar bu yolda çiyin-çiyinə!
Bu qutsal özgürlük əbədi Günəş!
Cümhuriyyətimiz daim sürəcək.
Al qan içində parladı Günəş!
Al qan içində parladı Günəş!
Müəllif: Sahara Əsəd
Respublikainfo.com
Baş redaktor: Bünyamin Bünyadzadə