• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
21 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Rusiyanın Cənubi Qafqazdakı siyasətində Ermənistan amili

04.10.2024 - 12:33
A A
0
SHARES
66
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu növbəti siyasi məqaləni təqdim edir:

Rusiyanın Cənubi Qafqazdakı siyasətində Ermənistan amili uzun bir tarixə, mürəkkəb bir dinamikaya malikdir, həmçinin bu siyasətdə Ermənistan amili tarixi, geopolitik və strateji baxımından Rusiyanın maraqlarını əhatə edir. Cənubi Qafqaz coğrafi baxımdan strateji bir bölgə olduğundan burada Rusiya, İran, Türkiyə və bir sıra digər dövlətlərin maraqları toqquşur.

Ermənistan da Rusiya üçün bir neçə aspektdə vacibdir. İlkin olaraq, tarixi kontekstə nəzər salsaq Ermənistan keçmiş Sovet İttifaqının tərkibində olmuşdur və SSRİ dağıldıqdan sonra Rusiya ilə strateji münasibətləri davam etdirmişdir.

Rusiya Ermənistanın təhlükəsizlik təminatçısı rolunu oynayaraq, bu ölkəni regional münaqişələrdə dəstəkləmişdir. Ki, buna öncəlik olaraq Qarabağ münaqişəsini göstərə bilərik. Rusiyanın Ermənistan üzərində iqtisadi maraqları da vardır. Belə ki, Rusiya Ermənistanda enerji, infrastruktur və digər sahələrdə investisiyalar edir. Bu isə Rusiya şirkətlərinin regionda güclü mövqeyini qorumağa və genişləndirməyə imkan tanıyır.

Ermənistanın 9 oktyabr 2014-cü ildə Rusiyanın Avrasiya ittifaqına qoşulması, iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə səbəb olmuşdur.
Ermənistan Qərb və digər regional güclər tərəfindən də təsirlənir. Rusiya Ermənistanın Qərb ilə münasibətlərini idarə edərək regionda öz hakimiyyətini qorumağa çalışır.

Məsələn, Ermənistanın Avropa İttifaqı iləmünasibətləri, Rusiyanın regiondakı təsirini azalda bilər ki, bu da Moskvanın narahatlığına səbəb olur.

Rusiya Ermənistanın daxili siyasətinə də müdaxilə edərək, müttəfiq hökumətlərin mövcudluğunu təmin etməyə çalışır. Bu hər iki ölkə arasındakı siyasi münasibətlər sıxlığını artırır və Rusiyanın burada strateji maraqlarını qorumağa imkan tanıyır.Analitik mülahizələr: Rusiyanın Cənubi Qafqaz siyasətində Ermənistanla hərbi və strateji ittifaqı da mühüm yer tutur. Ermənistan Rusiya ilə müttəfiqdir və 15 may 1992-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

Rusiya, həmçinin Ermənistanın təhlükəsizliyini təmin etmək məqsədilər 1997-ci ildən etibarən Ermənistan ilə hərbi müttəfiqlik müqaviləsi imzalamışdır. Əlavə olaraq, 1995-ci ildən Ermənistanın Gümrü şəhərində Rusiyaya aid 102-ci Hərbi baza fəaliyyət göstərir və bu baza Rusiya ilə Ermənistan arasında müdafiə birləşməsinin simvoludur.

Bazanın əsas idarəetməsi regional təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın suverenliyi və ərazinin qorunmasıdır. Ermənistan və Rusiya arasında müttəfiq tərəfdaşlığı 2010-cu ildən etibarən imzalanan kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində daha da güclənib. Bu müqavilə Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiya ilə daha sıx əlaqə saxlayır. Hərbi baza regional-coğrafi vəziyyətə təsir edir, Ermənistanın Azərbaycanla olan münasibətlərində “vasitəçi” rolunu oynayır. 2020-ci ildə baş vermiş və zəfərimizlə sonlanan Dağlıq Qarabağ müharibəsindən sonra Rusiya bölgədəki sülhün təmin olunmasında əsas rol oynamışdır. Rusiya sülh sabitliyini qorumaq üçün Dağlıq Qarabağda sülhməramlı kontingent yerləşdirmişdir.

Bu münasibətlər, Rusiyaya regiondakı təsirini artırmağa imkan tanıyır.

Ermənistan Rusiya üçün Cənubi Qafqazda bir dayaq nöqtəsidir və səyləri ilə Rusiya burada öz təsirini artırmaq məqsədi güdür. Rusiya üçün Cənubi Qafqazdakı strategiyanın mərkəzində Ermənistan dayanır.

Rusiya Ermənistan vasitəsilə regiondakı nüfuzunu qorumağa çalışır və zamanla bu münasibətdə dəyişikliklər olsa da, Ermənistan amili Rusiya üçün hələ də vacibdir. Rusiyanın Cənubi Qafqaz siyasətində Ermənistan amili regional güclər arasındakı münaqişələrdən, strateji maraqlardan və tarixi əlaqələrdən qaynaqlanan kompleks bir dinamika təşkil edir.

İki ölkə arasındakı münasibətlərin gələcəyi, regional münaqişələrin gedişindən və beynəlxalq siyasət dinamikalarından asılı ola bilər, Rusiyanın Cənubi Qafqaz regionunda gücünü qorumaq və artırmaq üçün Ermənistanı öz yanaşmalarında bir alət kimi istifadə etməsi, gələcəkdə də bu mövzunun aktuallığını artıra bilər.

Məmmədov Hüseyn
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi

 

XƏBƏR LENTİ

Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
7
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1
Cəmiyyət

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

30 Dekabr 2025
11

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.