Respublikainfo.com Media Qrupu Anar ƏSƏDLİNİN yazısını təqdim edir:
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin AZAL təyyarəsinin vurulması məsələsində yaşanan gərginliyə Rusiyanın gerçək üzünü göstərən açıqlama ilə çıxış edib.
Zatən Rusiyadan gözlənilən açıqlama bu idi, burada təəccüblü heç nə yoxdur. Amma sual doğuran məqam var və bu da bizimlə bağlıdır.
Məsələn Zahid Orucun rəhbərlik etdiyi dövlət büdcəsindən maliyyələşən bir beyin mərkəzimiz var. Niyə deputat və mərkəz sədri Zahid Oruc Zatulinə cavab vermir? Və ya bu Mərkəzin rəhbər şəxsləri niyə belə bir təşəbbüsdə bulunmur?
Cavab verin də bu Zatulinə…
Yoxsa tanış deyilsiniz fikirləri ilə?
Tamam mən yenidən paylaşaram:
“Amma indi Azərbaycana vacibdir ki, Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərsin. Mən düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə də öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”.
“Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Qarabağda müharibəyə, “təxribatlara”, “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda, bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hər hansı bəhanədən istifadə etməyə qərar verdi”
P.S. Məhşur filmdə deyildiyi kimi:”Tarix budur e student qədeş…