• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

“Rus sülhməramlıları 2025 – ci ilin sonlarından etibarən Azərbaycan ərazilərini tərk etmək məcburiyyətindədir…”

17.05.2023 - 17:58
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Sülhməramlıların bölgədə qalma vaxtının uzadılması kimə sərf edir? Perspektivlər nədir?

Republikainfo.com xəbər verir ki, bu suallar və mövzu ilə bağlı politoloq Anar Əliyevin Visiontv.az saytına açıqlaması:

“Böyük ümidlə Türkiyədə keçirilən 14 may seçkilərinin nəticələrini gözləyən Ermənistan və onun havadarları seçkinin nəticəsi olaraq özlərinə uyğun Ermənistanın və onun himayədarlarının maraqlarını Türkiyə siyasətində təmin edəcək qüvvələrin hakimiyyətə gəlişini əldə edə bilmədikdən sonra yenidən Ermənistanda Rusiya yönümlü əhval – ruhiyyə artmaqdadır.

Son günlər Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində biz bu əhval ruhiyyəni daha geniş və açıq şəkildə görməyə başlamışıq. Türkiyədə seçkilərin nəticəsi olaraq “Millət İttifaqı” – nın namizədi hakimiyyətə gələcək, bununla da Fransa, Amerika Birləşmiş Ştatları kimi dövlətlərin təzyiqi ilə yeni qurulacaq hakimiyyət Azərbaycanın yanında yer almayacaqdır. Daha çox Ermənistan maraqlarına xidmət edən mövqe sərgiləyəcəkdir. Ümidləri boşa çıxan erməni sosial şəbəkə istifadəçiləri yeganə ümidin Rusiya olduğunu, Rusiyada möhkəm yapışmalı olduqlarını bəyan etməyə başlayıblar. Bu növbəti dəfə erməni riyakarlığını, satqınlığının, ikiüzlülüyün nümunəsi olmaqla yanaşı həm də mövcud reallıqların Ermənistanda revanşist düşüncənin, qonşu dövlətlərə qarşı əsassız iddiaların onların hansı vəziyyətə gətirib çıxardığını aydın şəkildə göstərir.

Eyni zamanda erməni mətbuatı və sosial şəbəkələrin erməni seqmentində rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət müddətinin uzadılması ilə bağlı çağırışlar eşitməkdəyik. Bəzi erməni sosial şəbəkə fəalları müxtəlif versiyalardan istifadə etməklə rus sülhməramlılarının bölgədə fəaliyyətinin uzadılmasına nail olmaq və bununla həm guya Rusiyanın maraqlarına xidmət etdiklərini göstərməyə çalışırlar.

Hesab edirəm ki, 10 noyabr bəyanatında açıq şəkildə Rusiya sülhməramlılarının fəaliyyət müddəti qeyd edilibdi. Məhz  3 dövlət liderinin imzaladığı bu sənədlə Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinin birinci mərhələsi 2025 – ci il noyabrda başa çatır. Tərəflərdən hər hansısa biri etiraz edərsə, indiki halda Azərbaycan sülhməramlıların bölgədə qalma vaxtının bitməsinə 6 ay müddət qaldığı məqamda əks mövqeyini ortaya qoyarsa rus sülhməramlıları 2025 – ci ilin sonlarından etibarən Azərbaycan ərazilərini tərk etmək məcburiyyətindədir. Hesab edirəm ki, bu belə də olacaqdır.

Çünki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərdiyi 2 il yarımdan artıq vaxt ərzində demək olar ki, ciddi heç bir nəticəyə nail olmayıblar. Əksinə bir sıra hallarda biz sülhməramlı missiyasının mahiyyətinə zidd davranışların nümayiş olunduğuna şahidik. Biz sülhməramlıları separatizmin dəstəklənməsi, minaların daşınmasında karqo xidməti və müşahidəçi statusunda görmüşük. Düşünürəm ki, bütün bunları Rusiya tərəfi nəzərə almalıdır və bilməlidir ki, belə davranışlarla Azərbaycan 2025 – ci ildən sonra ərazimizdə belə missiya göstərən qüvvənin fəaliyyət göstərməsini istəməməkdə haqlıdı. Bu bizim həm beynəlxalq hüquqla həm də 10 noyabr 2020 – ci il bəyanatı ilə tanınan haqqımızdır.

Hesab edirəm ki, Azərbaycan bu hüquqdan istifadə edəcəkdir. Sülhməramlıların Qarabağdan çıxışına qədər bölgədəki dinc erməni sakinlərin Azərbyacana reinteqrasiyasının qarşısının alınması istqiamətində kifayət qədər addımlar atılır.  Qarabağdakı separatçılarla yanaşı Ermənistanda sülh münasibətlərinin qurulmasını qəbul etmək istəməyən güclərlə yanaşı, Rusiya sülhməramlıları da fəal iştirakçıdır. Amma onlar da unutmasınlar ki, Rusiya Prezidenti Putinin də imzaladığı sənədə uyğun olaraq Azərbaycan, 2025 – ci ildə sülhməramlıların ölkə ərazisini tərk etmək tələbi səsləndirmək hüququna malikdir. Bu hüquqdan istifadə etmək imkanlarına mövcuddur.”

Bünyamin Bünyadzadə

Respublikainfo.com

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.