Respublikainfo.com xəbər verir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşlarla fərdi görüş keçirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində Respublika Klinik Xəstəxanasının aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda 5 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Baş redaktor : Bünyamin Bünyadzadə
Respublikainfo.com